“Selfie” ingilis lüğətinə 2013-cü ildə daxil edilmiş və sözün mənası "özünün şəklini çəkmək", "öz fotoqrafı olmaq" anlamına gəlir. İngiltərənin ən güclü Universiteti hesab edilən Oxford "Selfie" sözünü 2013-ci "ilin sözü" elan etdi.
Məlumata görə, ilk “selfie” 1920-ci ildə çəkilmişdir. Şəkildə olan 5 kişi həmin dövrün məşhur fotostudiyası olan “Byron Company”nin əməkdaşları idilər. Hansı ki, bu studiya 1892-ci ildə fəaliyyətə başlamışdır. Hər iki foto eyni anda çəkilmişdir. Fotoların hər ikisi Nyu-Yorkun məhşur "Marceaus Studio"nun damında çəkilib.
Bu gün məşhurlardan tutmuş adi insanlara qədər demək olar ki, hər kəsin sosial şəbəkədə “selfie” şəkli var. “Selfie” sözü Avstraliyadan gəlir. 2012-ci ilin sonlarda selfi gənclər arasında populyarlaşdı.
AzEns.org.az/ Jalə Orucova