AzEns.org.az platforması 2012-ci ildə Yeni Azərbaycan Partiyasının dəstəyi ilə yaradılmış və qısa müddət ərzində ölkəmizdə elmi-populyar biliklərin geniş təbliği sahəsində mühüm rol oynayan resurslardan birinə çevrilmişdir. Platformanın əsas məqsədi elmi, ictimai və fəlsəfi mövzuları sadə dildə oxuculara təqdim etməkdir.
Platforma fəaliyyətə başladığı gündən etibarən bir neçə dəfə Azərbaycan Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Gənclər Fondu və s. tərəfindən dövlət qrantları ilə mükafatlandırılmış və bu qrantlar vasitəsilə daha genişmiqyaslı layihələr həyata keçirmişdir. Saytda yerləşdirilən yüzlərlə məqalənin böyük əksəriyyəti ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə olunmuşdur ki, bu da platformanın maarifləndirici və yenilikçi xarakterini bir daha sübut edir.
AzEns.org.az platformasının təsisçisi - Jalə Orucova. Onun rəhbərliyi ilə komandamız həm yerli, həm də beynəlxalq mənbələrdən istifadə edərək, elmi və mədəniyyət sahələrində oxucular üçün dəyərli materiallar təqdim edir.
AzEns.org.az platforması əsasında 2017-ci ildə "Həqiqətlər" adlı mini ensiklopediya (kitab) çap olundu. Hazırda kitab Azərbaycanla yanaşı, Təbriz və Tehran şəhərlərində də satışdadır. AzEns.org.az bu gün də ölkəmizdə intellektual cəmiyyətin formalaşmasına töhfə verən aparıcı maarifçilik platformalarından biri kimi tanınır.