Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

WIFI nədir? Necə yaranıb?

2025-12-14 18:10:00 10

Wi-Fi "Wireless Fidelity" sözlərinin qısaltmasıdır və simsiz şəbəkə deməkdir.


Wi-Fi-ın tarixi 1970-ci illərə gedib çıxır. 1971-ci ildə Havay Universitetində ALOHAnet adlı şəbəkə sisteminin yaradılması Wi-Fi istiqamətində atılan ilk addımlardan biri idi. "Wi-Fi-nın atası" adlandırılan Vik Heys, 1974-cü ildə NCR Korporasiyası əsasında bu gün WaveLAN kimi tanınan texnologiya üzərində işləməyə başladı və beləliklə, Wi-Fi-nın inkişafında rol oynadı. 


1999-cu ildə Wi-Fi ticarət nişanını yaratmaq üçün Wi-Fi Alliance yaradıldı. 


Daha əvvəl isə Hedi Lamarr (1914-2000) və Corc Anteyl (1900-1959) radio dalğalarının müxtəlif tezliklərə keçməsinə imkan verən bir sistem icad etdilər. İdeya əvvəlcə İkinci Dünya Müharibəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin radio siqnallarının düşmən tərəfindən sıxışdırılmasının qarşısını almaq idi. Hedi Lamarr 1930-cu və 1940-cı illərdə təkcə alim deyil, həm də məşhur Hollivud aktrisası idi. O, Wi-Fi-ı icad etməyib, lakin nəticədə Wi-Fi-ya gətirib çıxaran bir konsepsiya üzərində işləyib.


AzEns.org.az