Alman tarixçiləri müəyyən ediblər ki, Vinsent van Qoqun intiharına onun yaxın dostu və bir müddət birlikdə yaşadığı fransız postimpressionist rəssam Pol Qoqenlə münasibətlərinin pozulması səbəb olub. H.Kaufmann və R.Vildegalsın birgə kitabında isə van Qoqun qulağının kəsilməsi və intiharının səbəbləri barədə yeni versiyalar irəli sürülür.
Əvvəllər qeyd olunurdu ki, əsəbi anlarında özünü idarə edə bilməyən Van Qoq, Pol Qoqenlə birgə yaşadığı evdə onunla mübahisə etmişdir. Qəzəblənən Van Qoq ülgüclə Qoqenə hücum etmiş, lakin Qoqen zərərsiz şəkildə qaçaraq xilas olmuşdur. Dərin sarsıntı yaşayan Van Qoq isə öz qulağının sırğalığını kəsmişdir.
Alman tarixçilərinin versiyasına görə, hadisə fərqli şəkildə cərəyan edib: Pol Qoqen yaşadığı evi tərk edərək Van Qoq əsəbi halda özünü ona çatdırır. Qılınc ustası olan Qoqen əlindəki qılıncla Van Qoqun qulağını kəsir.
Qoqen qılıncı ilə Van Qoqun qulağını kəsdikdən sonra, qılıncını çaya atmış, günahı öz üzərindən atmaq üçün isə Van Qoqun ağlını itirib, dəli olması haqda aləmə car çəkmişdir.
Azens.org.az-ın məlumatına görə, Kaufmann və Vildegalsın birgə kitabında maraqlı fakt qeyd olunur: 1888-ci il dekabrın 23-də Van Qoq gecə qadın dostlarının evinə gələrək onlardan birinə kəsilmiş qulağını verib və “Bunu göz bəbəyin kimi qoru” deyərək çıxıb gedib. Səhər isə polis onun cəsədini evində tapıb. Araşdırmalara görə, bu, qulağının kəsilməsindən iki il sonra baş verib. Alman tarixçilərinin fikrincə, Van Qoqun qulağını əslində dostu Qoqen kəsib.