Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

Tərk edilmiş Ukrayna şəhəri - Pripyat

2026-03-05 16:25:50 50

Pripyat hazırda tərk edilmiş məşhur şəhərlərdən biridir. Şəhər 1970-ci ildə qurulmuşdu və yalnız 16 il yaşayış şəhəri kimi mövcud oldu. 

1986-cı ildə baş verən Çernobıl faciəsindən sonra şəhər tamamilə tərk edildi. 

Qəza 26 aprel 1986-cı ildə saat 01:23-də Çernobıl AES-ın 4-cü reaktorunda baş verdi. Təxminən 49 min nəfər sakin şəhərdən 3–4 saat ərzində çıxarıldı. Bu tarixdə ən sürətli kütləvi evakuasiyalardan biri sayılır. İnsanlar evlərindən demək olar ki, heç bir şey götürmədən ərazini tərk etmək məcburiyyətində qaldılar. 

Şəhər əsasən Çernobıl atom elektrik stansiyasında işləyən insanlar üçün tikilmişdi. Daha sonra əhalinin artması ilə tədricən böyüyən bir yaşayış məntəqəsi oldu. 

Pripyatda bəzi nöqtələrdə radiasiya səviyyəsi hələ də yüksəkdir. Şəhər Çernobila təxminən 18 km, stansiyaya isə 3 km məsafədədir. Burada daimi yaşayış yoxdur, yalnız bəzi işçilər və tədqiqatçılar qalır.

Şəhərinin ərazisi təxminən 8 km²-dir. Ukraynanın şimalındakı Kiyev vilayətinə aiddir. Şəhər Pripyat çayı yaxınlığında tikilib, adını da Pripyat çayından almışdı.

Pripyatın məşhur simvollarından biri əyləncə parkındakı dönmə çarxıdır. O, 1 may 1986-da açılmalı idi, lakin Çernobıl qəzası buna imkan vermədi və çarx faciənin simvoluna çevrildi.

Bu gün insanlar xüsusi tur ilə Çernobıl və Pripyat şəhərinə gedə bilirlər. Turlar ciddi təhlükəsizlik qaydaları ilə təşkil olunur.  


AzEns.org.az/ Jalə Orucova