Təhlükəsizlik kəməri nəqliyyat vasitələrində sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə qurulmuş bir qurğudur. "Həyata Bağlar" şüarı ilə tanınan bu vasitədən artıq daha tez-tez istifadə edilir və onun istifadə olunması mütləqdir.
Təhlükəsizlik Kəməri - nəqliyyat əsnasında can təhlükəsizliyimizi təmin etmək üçün avtomobil istehsalçıları tərəfindən vasitələrə qoyulmuş və ölkəmizdə qanunlara tətbiq edilmişdir.
Təhlükəsizlik kəməri 1903-cü ildə Qustav Liebau tərəfindən icad edilmişdir. Hazırda avtomobillərdə istifadə edilən 3-nöqtəli təhlükəsizlik kəmərləri ilk dəfə 1959-cu ildə isveç kompaniyası olan Volvo-da tətbiq edilmişdir. "Volvo PV 544" markalı avtomobil tarixə kəmərin tətbiq olunduğu ilk avtomobil kimi düşüb.
1930-cu illərdə bir çox həkim avtomobil istehsalçılarına avtomobillərinə təhlükəsizlik kəməri qoyulduğu üçün təzyiq etmişdir. 1953-də Koloradoda, 1955-ci ildə də Kaliforniyada təhlükəsizlik kəmərinin taxılması məcburi hala gəlmişdir. 1950-ci illərdə bir çox avtomobil istehsalçısı yavaş-yavaş təhlükəsizlik kəmərlərini avtomobillərində istəyə bağlı və ya standart olaraq təqdim etməyə başladı. 1962-ci illərdə isə altı Amerika əyaləti təhlükəsizlik kəmərini ön oturacaqlarda zəruri etdi, eyni ildə təhlükəsizlik kəmərləri standart təchizat olaraq təqdim edilməyə başladı.
AzEns.org.az/ Jalə Orucova