Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

Şotland Milli Geyimi - Kilt

2025-10-09 16:00:56 28

Şotlandiyada kiltlər ənənəvi olaraq, toy və ya xüsusi günlərdə geyinilir. Bu ətəklər əslində milli qürurun və ailə / klan əlaqələrinin əhəmiyyətli bir simvoludur.

Şotland kişilərinin geydiyi kilt 500 illik tarixi boyunca bir çox dəyişikliklərə məruz qalsa da, hələ də şotlandların ənənəvi simvollarındandır. Kilt geymək adəti təxminən 1500-cü illərə, şotlandların bu geyimdən ov üçün istifadə etdiyi vaxta təsadüf edir.

1747-ci ildə Şotlandiya ingilis müstəmləkəçiliyi altında olarkən İngiltərə kralı II Georqun (George II) kilt geyinməyi qadağan edən əmr verdi. Ancaq şotlandlar və bütün xalq Krala etiraz edərək kilt geyinməyə və ənənələrini qorumağa davam etdilər. Kilt geyiminə qoyulmuş qadağa 1782-ci ildə ləğv edildi, ancaq kilt Şotlandiya sosializminin əhəmiyyətli bir simvolu vəziyyətinə gəldi. Bu gün Şotlandiya kişiləri xüsusi günlərdə və mərasimlərdə də kilt geyinməyə davam edirlər. 

Kilt tərcümədə “vücuda dolanan geyim” deməkdir. Şotlandiya geyimi pencək, köynək, qalstuk, kilt, kilt iynəsi, dizə qədər yun corab, lent və yüngül kostyum ayaqqabılarından ibarətdir. Kilt həm də Şotlandiya xalqı üçün gücü, romantikanı və dramatikliyi simvollaşdırır.


AzEns.az/ Jalə Orucova