Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

Sirr dolu simvol - svastika

2026-01-06 14:39:33 19

Svastika — ən qədim, ən çox yayılmış qrafik simvollardan biridir. II Dünya Müharibəsinə qədər svastika simvolundan, demək olar ki, dünyanın hər yerində istifadə olunurdu.

1945-ci ildən faşist Almaniyasının məğlubiyyətindən sonra bir çox ölkələrdə svastikanın bir simvol kimi istifadəsi qadağan olundu. Keçmiş SSRİ-də müharibədən sonrakı illərdə uşaqlara və yeniyetmələrə belə başa salırdılar ki, guya svastika simvolu kiril əlifbasının 4 ədəd “Г” hərfindən təşkil olunmuşdur. Bu da 4 əsas qəddar faşizm ideoloqlarının soyadlarının baş hərfləridir. Yəni – Hitler(Гитлер), Hebbels (Геббельс), Himmler (Гиммлер), Нerinq (Геринг).

Əvvəllər svastika simvolu geniş yayılmış simvollardan biri idi. Bu simvol mistik məna daşımışdır. Bəzi mütəxəssislər bu simvolu 4 əsas ünsürün göstəricisi kimi izah etməyə çalışmışlar. Yəni – hava, su, od, torpaq… Amerika və İngiltərə mütəxəssislərinə görə isə, svastika simvolunun abbreviaturası latın əlifbasının “L” hərfi ilə başlayan 4 sözün birləşməsi kimi başa düşülməlidir. Yəni – “light” – işıq, günəş, “love” – sevgi, məhəbbət, “life” – həyat, “luck” – tale, uğur …

Svastika simvoluna arxeoloji qazıntılar zamanı tapılmış qədim əşyaların üzərində, xalçaların üzərində daha çox rast gəlinmişdir. XX əsrin 15-17-ci illərində Rusiyada “Müvəqqəti hökümət”in rəhbəri Kerenskinin dövründə dövriyyəyə buraxılan 250 manatlıq pul əskinazlarının üzərində də svastika simvolu həkk olunmuşdur. Hətta sonuncu rus imperatoru II Nikolayın avtomobilinin üstündə də svastika simvolu var idi.

 Svastika qədim simvol olmaqla bərabər, sirri açılmamış bir simvoldur. Yəni - simvolun nə demək olduğu, nəyə işarə olduğu hələ də dəqiqliyi ilə açıqlanmamışdır. Bu simvolun hansı məna daşıması haqqında isə mütəxəssislər müxtəlif versiyalar irəli sürürlər.


AzEns.org.az