Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

"Qızıl Əli" ləqəbli prokuror

2026-01-19 22:03:04 19

El arasında hamı onu “Qızıl Əli” deyə tanıyırdı, apardığı qüsursüz işə görə fərqlənirdi.

Orta təhsilini bitirdikdən sonra 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakultəsinə daxil olmuş və 1954-cü ildə ali təhsilini əla qiymətlərlə başa vurmuşdur. 

Əli Orucov tələbəlik illərində (1949-1954) boksla məşğul olmuş, orta ağır çəkidə tələbələr arasında Respublika üzrə keçirilən boks yarışlarında dəfələrlə çempion adını qazanmışdır. Hətta SSRİ üzrə tələbələr arasında keçirilən boks yarışlarında Azərbaycan Respublikasını təmsil edərək, vətənə gümüş medallarla qayıtmışdır. Tələbəlik illərində Əlini “boksçu Əli” kimi tanıyırdılarsa, bu qələbələrdən sonra hamı onu “çempion Əli”- deyə, çağırırdı. Tələbə dostları, yoldaşları onu indiyədək “boksçu”, “çempion Əli” kimi xatırlayırlar.

Əli Orucov Müseyib oğlu Universiteti fərqlənmə ilə bitirdikdən sonra Bakı və Şəmkir (Şamxor) şəhərlərində Rabitə şöbəsinin rəisi vəzifələrində, 1960-cı illərin əvvələrindən 1992-ci ilin sonunadək Azərbaycan Prokurorluğu orqanında prokuror köməkçisi və prokuror vəzifələrində çalışmışdır. Ədliyyə müşaviri rütbəsinə qədər yüksəlmişdir.

Prokurorluqda çalışdığı illərdə Azərbaycan Prokurorluğu tərəfindən dəfələrlə fəxri fərmanlarla təltif olunmuşdur. Əli Orucov qüsursuz dövlətə xidmət edən şəxslərdən idi. Hətta SSRİ Baş Prokurorluğu (SSRİ Baş Prokuroru Rudenkonun şəxsi imzası ilə) tərəfindən qızıl saatla mükafatlandırılmışdır.

Mətbuatda Əli Orucovun fəaliyyəti, müsahibələri və onun haqqında yazılar dərc olunurdu. Bu dövlət xadiminin adı Azərbaycan Prokurorluğunun “Fəxri kitabı”nda yer almışdır.

Prokurorluqda çalışdığı illərdə, humanist – insanpərvər, mərd, xeyirxah, hamıya yaxşılıq etməyə çalışan və öz xeyirxahlığı ilə hamının ürəyində yer alan Orucov Əliyə işlədiyi rayonlarda (Şamaxı, Qax, Xaçmaz və s.) “Qızıl Əli” ləqəbi verilmişdir.


Hazırladı: Jalə Orucova