Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

Qəzza haradır? Harada yerləşir?

2025-12-21 15:21:23 2

Qəzza - Aralıq dənizinin şərq sahilində yerləşən şəhərdir. De-yure ərəb dövləti olan Fələstinin iki hissəsindən birini təşkil edən ərazidir. Yaxın Şərqin ən köhnə yaşayış məntəqələrindən biri sayılır. Qəzza sözü ivrit dilindən "güclü" və ya "qüdrətli" mənasını verir.

BMT-nin Fələstin ərazisinin ərəb və yəhudi dövlətlərinə bölünməsinə dair 1947-ci il planına əsasən, bu zona ərəb dövlətinin yaradılması üçün ayrılmış ərazinin tərkibinə daxil idi. Lakin, 1948-ci ildən 1967-ci ilə qədər zolaq Misir Ərəb Respublikası, 1967-ci il Altıgünlük müharibədən sonra isə 2005-ci ilə qədər İsrail tərəfindən işğal altında saxlanılmışdır.

"Qəzza zolağı" termini 1948-ci ildən sonra, bölgə siyasi baxımdan ayrıca bir ərazi kimi formalaşanda geniş istifadə olunmağa başladı. Adını ərazinin dar və uzunsov coğrafi quruluşundan alır. Bu zolaq şərq və şimalda həmsərhəd olduğu İsraildən nəzarət-buraxılış məntəqələri ilə təchiz olunmuş ayırıcı çəpərlə, cənub-qərbdə isə Misirdən beton divarla ayrılır. Uzunluğu təxminən 41 km, eni 10–11 km-dir.

Tarixi təxminən 4–5 min il əvvələ gedib çıxır. Qəzza vaxtilə dünyanın ən sıx məskunlaşmış ərazilərindən biri idi. 1 km²-ə 5–6 min nəfərdən çox düşürdü. Əhalisi 750 minə yaxındır, amma əvvəllər bu ərazilərdə 3 milyona yaxın insan yaşayıb. 

2007-ci ildə edilən seçkiləri qazanaraq şəhəri Əl Fəthin təslim etdi və o tarixdən bəri İsrail tərəfindən mühasirə altında tutulmaqdadır. 2023-cü ildən münaqişə ağır və genişmiqyaslı mərhələyə keçdi.


AzEns.org.az/ Jalə Orucova