Dünyada olan bəzi müasir adətlər qədim astroloji mənşəlidir.
Fəvvarəyə, çaya, dənizə qəpik atmaq adəti qəlbində bir arzu tutmaq və ya bu yerlərə bir də qayıtmaq məqsədi ilə edilir.
Yuxarıda qeyd edilən adətin kökü eramızdan 4 000 il əvvələ, Buğa və Qoç astronomik dövrunə gedib çıxır. Həmin dövrlərdə insanlar guya, öz Tanrıları ilə “birbaşa”, yəni – qurbanvermə vasitəsilə əlaqə saxlayırmışlar. Tanrılar dedikdə, o zamanlar kainatda dövr edən planetlər nəzərdə tutulur. İnsanlar qurban verməklə həyatlarında əziyyət və problemlər yaradan planetlər rəhmə gəlirmiş.
Əfsanəyə görə, o zamanlar Mars müharibələrdə və döyüşlərdə insanlara ağrı, yara və ölüm gətirməklə yanaşı, onlara döyüşlərdə, yarışlarda və dəmirçilikdə kömək edirdi. Venera isə məhəbbət və münasibətlərdə yardımçı idi. Saturn hər şeyi geri itələyir və dondurucu gücə sahib idi, Yupiter isə danışıqları möhkəmləndirir və hakimiyyəti idarə edirdi. Merkuri ticarət və informasiya ilə bağlı işlərə rəhbərlik edirdi.
Qədimdə Tanrı ilə qurban edilən arasında əlaqəni yaradan birinci ünsür su, ikinci ünsür isə hava idi. Su maddi olaraq təbiətlə əlaqəni təmin edir və qurban verilənə xeyir və hədiyyə gətirmək gücünə sahib idi. Hava isə xoş qoxu vasitəsilə bu əlaqəni möhkəmləndirirdi.
Qədimdə həftənin günləri metal və qaşlar idi:
Günəş – Bazar günü: qızıl, yaqut;
Ay – Bazar ertəsi: gümüş, mirvari;
Mars – Çərşənbə axşamı: dəmir,qırmızı mərcan,yaqut, qırmızı yəşəm;
Merkuri – Çərşənbə: latun, oniks, aleksandrit;
Yupiter – Cümə axşamı: sümbülçiçəyi, qranit;
Venera – Cümə: mis, zümrüd;
Saturn – Şənbə: qurğuşun, sapfir, turmalin.
Kökü qədimdən gələn bu adət bu gün də aktuallığını qoruyur. Müasir dinlər "qurbanvermə"ni rədd etsə də, bu ənənə bir çox hissəsini itirmişdir və "qurbanvermə" qəpiklə əvəz olunmuşdur. Bununla belə, insanlar hələ də suya, fəvvarəyə və ya dənizə qəpik ataraq dua edir, arzu tutur və İlahidən xahişlər edirlər. Su isə davamlı olaraq bu qəpiklərin üstündən axmağa davam edir.
Təcrübəli astroloqlar qədim zamanlardakı canlı “qurbanvermə”dən müasir maddi (qəpiklə) “qunbanvermə” daha məqsədyönlü olduğunu qeyd edirlər.
AzEns.org.az/ Jalə Orucova