Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

Qadağan olunmuş şəhər - Ququn

2025-11-19 14:52:04 15

Əbəs yerə deyil ki, Pekini şahmat lövhəsinə bənzədirlər. Divarlar şəhəri dörd hissəyə ayırır: xarici, daxili, imperator və qadağan olunmuş şəhər. Daxili şəhərdə yalnız feodallar yaşayır, sadə əhalinin burada yaşaması və ya gecələməsi qadağan idi Qadağan olunmuş şəhər isə böyük tikililərdən, körpülərdən, məbədlərdən və şəlalələrdən ibarətdir.

Qadağan edilmiş şəhərin bütün tikintiləri əsas oxda arxitektura ənənəsinə uyğun olaraq yerləşir - şimaldan cənuba. Şəhər 1406-1420-ci illərdə İmperator Çju Dinin əmri ilə inşa edilib və yalnız imperatorlar üçün nəzərdə tutulub.

Çin dilində adı “Sziszinçen” – al-qırmızı yasaq şəhəridir. Sonradan Ququn (Köhnə saray) adını almış şəhər, XV əsrdən Min və Sin sülalələrinin imperatorlarının iqamətgahı oldu. Şəhərin divarları al-qırmızı idi və sadə camaatın şəhərə yaxınlaşması qadağan idi.

Şəhərə daxil olan imperatorlar onun böyüklüyü və əzəməti qarşısında heyrətə gəlirdilər. Ququn şəhəri, Min sülaləsi dövründə inzibati mərkəz idi.

Azens.org.az saytının məlumatına görə, Ququn şəhərində şəhərin mərkəzində böyük tunc çənlər var. Tikililərin çoxu tuncdan olduğu üçün yanğında bu çənlərdən istifadə olunurdu. Qışda ocaq qalayırdılar ki, çənlərdə su donmasın, çünki istənilən vaxt o lazım ola bilirdi. Ququn şəhərində 9.999 məkan var. Bu rəqəm təsadufi deyil, əfsanəyə görə imperatorun sarayının 10 min otağı vardı və birini istifadədən kənarlaşdırdığı üçün o otağı saya almamışdı.

1937-ci ildə şəhər yaponlar tərəfindən qarət edildi, 1949-cu ildə isə Tayvan millətçiləri şəhərin xəzinəsinin bir hissəsini ələ keçirdilər. Şəhərdəki xəzinələrin qiyməti inanılmazdır, əksəriyyəti isə əl işidir. Hazırda Ququn şəhəri muzey kimi fəaliyyət göstərir və turistlər üçün məşhur məkandır. Muzeydə mozaik şəkillər, peyzajlar və Qədim Çin Operasından 900 süjet mövcuddur.


AzEns.org.az/ Jalə Orucova