Niyə belə olub və bu söz haradan götürülüb? Bu məqalədə suala cavab tapacaqsız.
Varyaqlar? (Skandinav dənizçiləri)
Bu günə olan ən populyar teoriya budur ki, “rus” sözünün kökü skandinav sözündəndir, bu teoriya “Keçmiş illərin povestləri” yazısına əsaslanır.
“Rus” adlı dövlətin necə yaranması haqqında görün Nestor nə yazıb: “ Varyaqları dənizə qovdular, onlara vergi ödəmədilər, özləri özlərinin sahibi olmaq istədilər. Çox şey əldə etdilər, tək düzgünlük və haqq-ədalətdən başqa. Sonra başladılar özləri ilə vuruşub, müharibələr etməyə. Bundan cana doyanlar belə qərara gəldilər ki, gedib özlərinə ədalətli, hər şeyi doğru-düzgün həll etməyi bacaran bir knyaz axtarıb tapsınlar və dənizi aşaraq varyaqların yanına üz tutdular. Slovenlər rus varyaqlarını görər-görməz yüksək səslə söyləməyə başladılar: Torpaqlarımız çox boyükdür, bol nemətlidir, amma heç bir qayda-qanun yoxdur. Gəlin bizim knyazlarımız olun və bizi idarə edin”. Rus varyaqlarından 3 qardaşı özlərinə knyaz seçdilər və o nəsildən olan digər rus varyaqlarını da öz torpaqlarına dəvət etdilər. Böyük qardaş Ryurix - Novqorodda, o biri qardaş Sineus – Beloozerdə, üçüncü qardaş Truvor isə İzborskda knyazlıq etməyə başladılar. Elə o zamandan, bu torpaqları “Rus torpaqları” adlandırılmağa başladılar”.
Nestorun bu yazdıqlarından belə nəticəyə gəlmək olar ki, rus – vaxtı ilə, yerli əhali tərəfindən bu torpaqlarda qayda-qanun yaratmaq və haqq-ədalətlə onları idarə etmək üçün dəvət edilən skandinav tayfasının adıdır.
Bəs, “rus” sözünün mənası nədir? Keçmiş zamanlardan indiyədək, finlər öz qonşuları olan isveçləri Ruotsi adlandırırlar. Bu söz qədim skandinav dilində “dənizçi”, “avarçəkən” mənasındadır və “üzmək”, “avarçəkmək” sözündəndir.
Açıq rəngli saçlar?
Digər bir versiya ondan ibarətdir ki, “rus” sözü İran sözüdur. Məşhur alim, mütəfəkkir, ictimai xadim olmuş Vladimir İvanoviç Vernardski hesab etmişdir ki, “rus” sözü, İran sözü olan “ruxs”(və ya “roxs”) sözündən yaranmışdır ki, bu da tərcümədə “bəyaz”, “açıq rəngli”, “ağ” deməkdir.
Qədim slavyanlar uzun müddət İran tayfaları ilə (skiflər, sarmatlar və alanlarla) yaxın qonşu olmuşlar (bu tayfalardan bəziləri müasir Rusiyanın Qaradəniz və Azov dənizi sahillərində məşkunlaşmışlar). Söz yox ki, qara saçlı, qara gözlü, qarabuğdayı iranlılar bəyaz saçlarına, ağ dərilərinə və açıq rəngli gözlərinə görə şimal qonşularını belə adlandıra bilərdilər.
Qırmızı sifətlər?
Belə ki, rusları xarici görünüşlərinə görə də belə adlandıra bilərdilər. IX-X əsrlərdə yaşamış ərəb səyyahı Əl-Məsudi öz qeydlərində yazmışdır ki, şimal ərazilərdə yaşayan bəzi tayfaları bizanslılar “rusiya” adlandırırlar. Bu da, “qırmızı”, “kürən” mənasındadır.
Əl-Məsudinin həmkarı olmuş İbn Fədlan “rusiya” adlandırılanları şəxsən görmüşdur və onların inanılmaz dərəcədə qırmızı dərili olduğunu xüsusi olaraq qeyd etmişdir. “Rusiya” adlandırılanların, indiyədək məlum olmayan səbəblərdən, həmişə qıpqırmızı, sanki günəşdən yanmış sifət və burunları olurdu.
Toponimika?
Avstriyalı baron və tarixçi Sigizmund fon Gerberşteyn (XV-XVI əsrlər) "Rus" sözünün rusların öz sözü olduğu və adın Böyük Novqorod yaxınlığındakı qədim Russ şəhərindən gəldiyi fikrini irəli sürmüşdür; bu nəzəriyyəni tarixçi Vasiliy Nikitiç Tatişev də dəstəkləmişdir.
Çay adı?
Slovak linqvisti Pavel Şafarikə görə, "rus" sözü qədim slavyan dilindəki "rusa" (çay) sözündən yaranıb (buradan da "ruslo", "rusalka" yaranmışdır); digər bir versiya isə adın Kiyev yaxınlığından axan Ros çayının adı ilə bağlı olduğunu göstərir.
???? Ayılar?
Bəzi tədqiqatçılar "rus" sözünün Qərbi Avropa dillərindən gələn, mənası "ayı" demək olan "urs" sözündən yarandığını iddia edirlər; hərflərin yerdəyişməsi isə yunanca “marmaros” sözünün rus dilində “mramor” (mərmər) formasına çevrilməsinə bənzədilərək izah edilir.
“Rus” sözünün mənşəyi və necə yaranması ilə bağlı bir necə versiyaları nəzərdən keçirdik. İndi isə belə bir suala cavab tapmağa çalışacağıq:- bəs nə üçün almanlar, fransızlar, ingilislər və digər millətlər rus dilində isim hesab edilir, amma “ruslar” isə – sifət?...
Bəziləri bunu ruslar məxsusi bir xalqdır, heç kəsə oxşamırlar və bu səbəbdən də “xüsusi” bir ada layiq olduğu kimi izah edirlər. Xatırlamaq lazımdır ki, belə bir hallar digər dillərdə də olmuşdur. Məsələn: Avropa dillərində bütün millətlər (German, français) sifət kimi ifadə olunur.
Bəzi tədqiqatçıların fikrincə, rus milliyyət deyil, bu ərazidə yaşayan bir çox tayfaların ümumi adıdır. Ola bilər ki, belədir. Qeyd edək ki, rus dilində sifətlər isimə çevrilmə xüsusiyyətinə malikdirlər (məsələn: «учёный», «мороженое», «столовая»… və digər sözlər).
AzEns.org.az/ Jalə Orucova