Torpaqdan çıxan neftin rəngi həmişə eyni olmur — o, tərkibindən və çıxarıldığı yerdən asılı olaraq dəyişir.
Ən tanınmış neft rəngi tünd qara və ya tünd qəhvəyidir. Bu içində ağır karbohidrogenlərin çox olmasına görədir.
Bəzi neft növləri daha açıq qəhvəyi və ya sarımtıl (kəhrəba) olur. Bunlar daha “yüngül” neft sayılır və daha az qatranlıdır.
Neftin qiyməti əsasən rənginə görə yox, onun yüngül və ya ağır olmasına və təmizliyinə (kükürd miqdarı) görə müəyyən olunur. Amma rəng bu xüsusiyyətlərə ipucu verir.
Qəhvəyi və ya sarımtıl neftlər adətən yüngül olur. Bu neftlərdən benzin hazırlamaq daha asandır.
Tünd qara və ya tünd qəhvəyi neft ağır və qalın olur. Ondan əsasən mazut, asfalt, dam örtükləri, sənaye yağları və s. hazırlanır.
AzEns.org.az/ Jalə Orucova