Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

Nə üçün yəhudilər və ərəblər sağdan sola yazırlar?

2026-01-28 17:07:46 10

Yəhudi və ərəb yazı sistemlərinin sağdan sola olması təsadüfi deyil. Bu ənənə onların material və yazı texnikası ilə birbaşa bağlıdır.

Qərb yazı ənənəsi əsasən Qədim Misirdə papirus üzərində inkişaf edib. Papirusda nazik uclu stilo ilə yazan sağəlli insan üçün soldan sağa yazmaq daha rahat idi: yazılan işarələr əlin altında qalmır və aydın görünürdü. Bu səbəbdən soldan sağa yazı standartlaşdı.

Şərqdə isə yazı ənənəsi əsasən daş və gil üzərində formalaşıb. Qədim Babil mixi yazısında sağ əldən istifadə edilərək çəkic və daşyonan qələm vasitəsilə işarələr cızılırdı. Bu zaman soldan sağa yazmaq yazılan işarələrin əllə örtülməsinə səbəb olurdu. Sağdan sola yazdıqda isə işarələr daim göz önündə qalırdı. 

Yəhudi əlifbasının forması da bu tarixi təsdiqləyir: onların yazısı ilk öncələr məhz elə çəkic və daşyonan qələmlə daş üzərində yazmaq üçün nəzərdə tutulubmuş. Zamanla papirus, parça və digər yazı materialları yaransa da, yazının istiqaməti və forması dəyişmədi.

Bu gün sağdan sola yazılan ərəb qrafikası Yaxın Şərq və Şimali Afrika ölkələrində — Səudiyyə Ərəbistanı, Misir, İraq, İordaniya, Mərakeş, Əlcəzair, BƏƏ, Qətər və digərlərində istifadə olunur. 


AzEns.org.az/ Jalə Orucova