Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

Napoleanun sonuncu səhvi

2025-11-22 14:08:20 12

Napoleon Bonapart hər gün şahmat fiqurlarını əlinə alıb onlara uzun-uzadı, həvəslə baxardı. Sonra isə özü ilə şahmat oynayırdı. Məşhur dustağın ölümündən sonra həmin şahmat dəsti bir neçə dəfə böyük məbləğə alınıb-satıldı. 

Lakin illər keçəndən sonra son sahibi təsadüfən fiqurlardan birinin alt hissəsinin açıldığını aşkar etdi. Fiqurun içindən Müqəddəs Yelena adasından qaçış üçün dəqiq hazırlanmış plan tapıldı. Şahmat fiqurunu burub açmağı və ələ düşən imkandan istifadə etməyi keçmiş imperator ağlına da gətirməmişdi. Tale Napoleon Bonaparta daha bir mat elan etmişdir.

1821-ci il mayın 5-də Napoleon Bonapart Müqəddəs Yelena adasında qarın xərçəngindən dünyasını dəyişdi. Müasir tibb belə bu xəstəliyin müalicəsi qarşısında acizdir. Xəstəlik ona irsi olaraq keçmişdi — atası da xərçəngdən vəfat etmişdi. 1840-cı ildə Napoleonun cənazəsi Fransaya qaytarıldı və Parisdə dəfn olundu.


AzEns.org.az