Liberal adətən azadlığı, insan haqlarını və bərabərliyi vacib sayan insanlara deyilir. Bu baxışa görə hər bir insan öz fikrini sərbəst deməli, öz həyat yolu barədə qərarı özü verməlidir.
Liberal düşüncənin əsas ideyası fərdin azad olmasıdır. Yəni insan hansı dini seçmək, hansı fikri müdafiə etmək və necə yaşamaq istədiyinə özü qərar verməlidir.
Liberallar qanun qarşısında hamının bərabər olmasını dəstəkləyirlər. Onların fikrincə, cinsindən, millətindən, dinindən və ya sosial vəziyyətindən asılı olmayaraq hər kəs eyni hüquqlara sahib olmalıdır.
Ümumilikdə, liberal azadlığı və insan hüquqlarını əsas dəyər sayan, fərdin seçiminə hörmət edən insandır. Liberalizm-də ən çox istifadə olunan rəng sarıdır.
Onların siyasi mövqeyi ölkədən ölkəyə fərqli olsa da, ümumi prinsiplər oxşardır: insan hüquqlarının qorunması, azad seçkilər, şəffaf idarəetmə və bazar iqtisadiyyatı.
Dünyada “ən liberal insanlar harada yaşayır?” sualına dəqiq cavab vermək çətindir. Çünki liberallıq təkcə siyasi sistemlə yox, həm də cəmiyyətin dəyərləri, təhsil səviyyəsi və mədəni mühitlə bağlıdır. Buna baxmayaraq, bəzi ölkələrdə liberal düşüncə daha geniş yayılmış hesab olunur.
Skandinaviya ölkələri bu baxımdan tez-tez ön plana çıxır. İsveç, Norveç və Danimarka kimi ölkələrdə fərdi azadlıqlar, gender bərabərliyi və sosial ədalət yüksək qiymətləndirilir. Bu ölkələr demokratiya və insan hüquqları sahəsində beynəlxalq indekslərdə adətən yüksək yerlərdə olur.
Bəzi liberallar azad bazarı və rəqabəti dəstəkləyir, digərləri isə sosial bərabərliyi qorumaq üçün dövlətin müəyyən rolunu vacib sayır. Amma ümumi fikir budur ki, iqtisadi sistem insanın azadlığını məhdudlaşdırmamalıdır.
AzEns.org.az/ Jalə Orucova