Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

"Lalə dövrü" tarixi

2026-04-16 19:08:33 8

Lalə Dövrü — 1718-ci ildə imzalanan Pasarofça Müqaviləsi ilə başlayan və 1730-ci ildə çıxan Xəlil üsyanı nəticəsində Padşah III Əhməd'in taxtdan endirilməsiylə sona çatan dövrə verilən addır.

Türkiyə tarixində 1718-1730 illər arasındakı dövrə dövlət adamları daxil, istanbulluların baxçalarında lalə yetişdirib zövq almalarından dolayı ve tarixçilər tərəfindən bu illərə "Lalə dövrü " deyilmişdir. Elə məhz bu dovrdə lalə çiçəyi dünyaya yayılır ve çiçəyin soğanı 500 qızıla satılırdı. Bu dönəmin padşahı III Əhməd (III Ahmet) və İbrahim Paşadır. Sultan III Əhməd, Topkapı Sarayı ilə Yeni Câmi'də kitabxana, Ayasofyada Sultan III Əhməd Çeşməsi ve İstanbulun su ehtiyacını qarşılamaq məqsədiylə də Dəryayi Sim adlı bir su bəndi inşa etdirmiştir. İllərlə davam edən üsyanlardan bezmiş olan əhali, andlaşmalardan sonra qorxu və təhlükələrdən uzaq bir həyat sürməyə başladı.

Xalqın büyük bir qismi pis vəziyyətdə ikən İstanbulda bəzi dövlət böyüklərinin rahat bir həyat sürmələri, əyləncəyə düşkünlükləri narahatlığa səbəb olurdu. İran savaşı sırasında Sultanın pul qarşılığı alınan qalaları satması şayiələri insanları daha da incidirdi. 

III Əhməd və İbrahim Paşa bir səfər hazırlamağa başladılar. Axşam olunca qayıqlarla saraya getdilər. Üsyanda İbrahim Paşa edam edildi ve yaxınları öldürüldü. Padşah III Əhməd taxtdan endirildi və yərinə I Mahmud gətirildi. Bununla da 1730-cu ildə Lalə Dövrü sona çatdı. Lalə baxçaları yandırıldı.

Lalə dövrü – tarixdə rahatlıq, sükut, sənətkarların, mədəniyyətin dövrü hesab olunur. Bu dövrdə, XVI əsrdən bəri İstanbulda və digər Osmanlı şəhərlərində ərəb, ivrit, rumca kitab nəşr edən mətbəələr ardından, Şeyh'ül-İslam Abdullah Əfəndinin əmri ilə Osmanlıca kitab nəşri də sərbəst oldu. Kağiz Fabriki yaradıldı. Mətbəədə yayımlanan kitabların idarəsi üçün də alimlər vəzifələndirildi.


AzEns.org.az/ Jalə Orucova

Lalə dövrü İbrahim Paşa III Əhməd