İlk çap maşını 1867-ci ilin sentyabr ayında amerikalı Kristofer Şoulz tərəfindən ixtira olunmuşdur.
Bu çap maşınının klaviaturası latın hərflərinin əlifba sırasına görə düzülmüşdü. Məsələn: yuxarıda ilk cərgədə hərflər belə düzülüşdə idi: A, B, C, D, E, F, G....
Şoulzun çap maşınında bəzi çatışmazlıqlar var idi. Məsələn, sürətlə yazarkən barmaqlar tez-tez bir-birinə dolaşır və iti yazmaq çətin olurdu. Bu səbəbdən əlifba sırası ilə düzülüşdən imtina edilərək, yeni bir klaviatura düzülüşü yaradıldı. İngilis əlifbasının ilk 6 hərfi əsasında – QWERTY düzülüşü tətbiq olundu və qərara alındı ki, hərflər səpələnmiş şəkildə yerləşsin. Müasir dövrdə Şoulzun düzülüşü anaxronizm hesab olunur və bu, QWERTY düzülüşünə keçmək üçün bir əsas səbəb olmuşdur.
Sonralar çap maşınında daha rahat və cəld yazmaq üçün təkmilləşdirmələr aparılmışdır. 1936-cı ildə Vaşinqton Universitetinin professoru Avqust Dvorak yeni bir düzülüş təklif edərək kitab nəşr etmişdir. Bu düzülüş, latın hərflərindən istifadə edərək ingilis dilində mətnləri asan və rahat yazmağa imkan verirdi. Düzülüş, müəllifinin adı ilə – Dvorak adlandırılmışdır.
2006-cı ildə Ş. Koulman tərəfindən Coleman düzülüşü işlənib hazırlanmışdır. Bu düzülüş, Coleman və Dvorak adlarının birləşməsi ilə Coleman + Dvorak adlanırdı. Düzülüş, indiki kompüter klaviaturasındakı düzülüşlə eynidir və ingilis əlifbası əsasında hazırlanmışdır.
Koulmanın əminliyinə görə, Coleman düzülüşü aşağıdakı üstünlüklərə malikdir:
Lakin qeyd etmək lazımdır ki, Dvorak düzülüşü QWERTY-dən az da olsa fərqlənir.
AzEns.org.az/ Jalə Orucova