Biznes mühitində hamının qəbul etdiyi bir fraza var: “Müştəri həmişə haqlıdır”. Bu frazanın müəllifi 1834-1906-cı illərdə yaşamış amerikalı milyoner Marşal Filddir.
Marşal Fild Massaçusetsdə fermer ailəsində anadan olub. 17 yaşında ikən o, ferma mağazasında işləməyə başlayıb.
1856-cı ildə Marşal və qardaşı Çikaqodakı "Cooley, Wadsworth and Co." ticarət şirkətində işə düzəlirlər. 1862-ci ildə Fild həmin kompaniyanın tərəfdaşı olur və kompaniyanın adı dəyişərək “Farwell, Field & Co.” adlanır. 1881-ci ildə borcdan tamamilə azad olan şirkət "Marşal Fild and Company" adı altında şöhrət qazandı.
Marşal Fild hələ ilk dəfə mağaza işlədərkən müştərilərin marağını müdafiə edən bir siyasət irəli sürmüşdür ki, müştəri aldığı malı geri qaytara bilər və satıcı müştərinin qaytardığı malı sorğu-sualsız geri götürməlidir. Elə həmin zamanlar Marşal Fild belə bir fraza işlətmişdir : “Müştəri həmişə haqlıdır” və “ xanıma nəyi istəyirsə, onu da verin”.
Marşal tarixin gəlmiş-keçmiş ən varlı insanları sırasında 18-ci pillədə yer alıb, sərvəti 66 milyard dollar təşkil edirdi. Marşal Fild 1906-cı ilin yeni il günü (72 yaşında) qolf oynayarkən, pnevmaniyadan (ağciyər iltihabı, sətəlcəm) dünyasını dəyişmişdir.
AzEns.org.az/ Jalə Orucova