Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

Karvanla gələn şəhər - Sumqayıt

2026-06-05 13:49:13 6

Sumqayıt Azərbaycanın ən böyük şəhərlərindən biridir və paytaxt Bakı şəhərindən təxminən 30 km şimal-qərbdə, Xəzər dənizi sahilində yerləşir. Şəhər müasir dövrdə formalaşsa da, onun yerləşdiyi ərazidə qədim yaşayış məskənlərinin mövcud olduğu qeyd edilir.

“Sumqayıt” adı ilə bağlı xalq arasında məşhur bir əfsanə var. Rəvayətə görə, Sum adlı gənc çayda itdikdən sonra sevgilisi Ceyran onun arxasınca “Sum, qayıt!” deyə səslənirmiş. Zamanla bu ifadənin şəhərin adına çevrildiyi söylənilir.

Müasir Sumqayıtın əsası Sovet dövründə sənaye mərkəzi kimi qoyulmuşdur. 1938-ci ildə burada fəhlə qəsəbəsinin salınması planlaşdırılmış, İkinci Dünya müharibəsindən sonra tikinti işləri sürətlənmişdir. 22 noyabr 1949-cu ildə Sumqayıta rəsmi şəhər statusu verilmişdir. Bu illərdə şəhərdə təxminən 20 min nəfər yaşayırdı.

1950–1970-ci illərdə şəhər sürətlə inkişaf edərək Azərbaycanın ən böyük sənaye mərkəzlərindən birinə çevrilmişdir. Burada metallurgiya, kimya, neft-kimya, boru istehsalı və digər ağır sənaye müəssisələri fəaliyyət göstərmişdir. Bu dövrdə SSRİ-nin müxtəlif bölgələrindən minlərlə gənc mütəxəssis Sumqayıta gəlmiş və şəhər “Gənclər şəhəri” kimi tanınmışdır.

Şəhərin tərkibinə əsasən iki qəsəbə daxildir: Corat və Hacı Zeynalabdin. Şəhər ərazisindən Sumqayıt çayı axır.  


AzEns.org.az/ Jalə Orucova

Sumqayıt Şəhərlər