İranda Hicri-şəmsi təqvimi ilə hazırda 1405-ci ildir. Ay yox, Günəş ili əsasında hesablandığı üçün ona “şəmsi” deyilir.
Bu təqvimdə yeni il Novruzda, yəni təxminən 20–21 martda başlayır. Ona görə də indi İranda 1405-ci il sayılır.
Bu təqvim hicrəti əsas götürsə də, Günəş ili ilə hesablandığı üçün fəsillərlə çox dəqiq uyğunlaşır. Təqvimdə tarix hicrətdən, yəni Məhəmməd peyğəmbərin 622-ci ildə Məkkədən Mədinəyə köçməsindən hesablanır.
İrandan başqa Əfqanıstanda da bu təqvimdən istifadə olunur.
AzEns.org.az