Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

İlk şəkilli pasportdan harda istifadə olunub?

2025-10-04 15:09:49 28

XX əsrin əvvəllərində həyatı fotoqrafiyasız təsəvvür etmək mümkünsüz idi, o, zamanlar fotoqrafiya həyatın ayrılmaz bir hissəsinə çevrilmişdi.

Bu cür pasportların yaranmasına səbəb XIX əsrin ortalarında dəmiryolunun bütün Avropa ölkələrinə yayılması və böyük bir kütlənin dəmiryolu vasitəsilə Avropa ölkələrinə səyahətə çıxması olmuşdur. O zamankı fotosuz pasportlar sərhəd keçidlərində Avropaya səyahətə çıxan saysız-hesabsız qatar sərnişinlərinin yoxlamaları zamanı sənədlərinin dəyişik düşməsinə səbəb olurdu. Bu da sərhəd keçid məntəqələrində böyük bir xaos yaradırdı. Belə olan halda fotolu sənədlərin, pasportların yaranmasına böyük ehtiyac duyulmağa başladı.

Əvvəllər, fotosuz sənədlər, pasportlar sərhədlərdə elə qarışıqlıq yaratmışdı ki, artıq bu xaosu aradan qaldırmaq çətinlik yaradırdı. Nəticədə Fransa, Almaniya, İspaniya və İtaliya kimi ölkələr viza tələblərini ləğv etmək məcburiyyətində qaldılar və fotoşəkilləri olmayan pasportları faktiki olaraq ləğv etdilər.

1914-cü ildə Avropada pasport sistemi, demək olar ki, yox idi. Elə həmin zaman I dünya Müharibəsi başladı: yaralanan və həlak olan casusların kimliyini müəyyənləşdirmək çətin idi. Döyüşən ölkələrin hökumətləri yenidən viza və pasport sistemini bərpa etmək məcburiyyətində qaldı.

Fotoşəkilli pasportlar yaradıldığı zaman ingilislər fotodan əlavə, sənəd sahibinin sifət cizgilərini də sözlə yazırdılar: burun quruluşu, qaşlar, gözlərin rəngi və s.

I Dünya Müharibəsinin sonlarına yaxın artıq Avropa ingilislərin yaratdığı pasport sisteminə keçmişdi. Hətta bu pasportların vərəqinin sayı nisbətən daha çox idi və yeni səhifələri var idi. Bu cür pasportlar bizim müasir dövrədək gəlib çatmışdır.

1917-ci ildə bolşeviklər pasport sistemini ləğv etdi və yeni – “əmək kitabçası” vəsiqələrini yaratdı və bu vəsiqələri 16 yaşı tamam olan hər kəs ala bilərdi. Vəsiqələrin birinci səhifəsində bu sözlər yazılmışdı:- “işləməyən dişləməz”. 

 İlk sovet pasportlarına bunlar qeyd edilirdi: ilk səhifədə soyad, ad, ata adı, sonra təvəllüd, yaşayış yeri, peşə və s. İlk sovet pasportlarına foto könüllü vurulurdu, pasport almaq isə məcburi deyildi.

Sovetlər İttifaqı tam pasportlaşma sisteminə 1933-cü ildən keçmişdir və Sovetlər İttifaqında vahid pasport sistemi tətbiq edilmişdir. 


AzEns.az/ Jalə Orucova