Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

İlk avtomobil nömrəsi necə olub?

Sualı göndərən şəxs Ramilə Əlili     [email protected]
2025-12-15 19:14:48 9

İlk dəfə avtomobil nömrəsi 1901-ci il 25 aprel tarixində Amerikanın Nyu-York ştatında rəsmiləşmişdir.

Həmin dövrdə avtomobil sahibləri soyadlarını, ünvanlarını və nəqliyyat vasitələrinin xarakteristikasını qeyd etməli, qeydiyyat üçün 1 dollar ödəməli idilər. Sonrasında isə onlara üzərində şəxsi inisialları olan lövhələr verilirdi. Bu, müasir avtomobil nömrəsinin ilkin forması idi. Beləliklə də, ilk 1 il ərzində 954 avtomobil sahibi, hər biri 8 sm hündürlüyündə olan, üzərində sahibinin inisialı yazılmış lövhələri öz avtomobillərinə taxaraq tarixə düşdülər.

Amerikada avtomobillərin nömrələnməsi Almaniyada avtomobillərə nömrə nişanlarının verilməsinə bir təkan verdi. Həmin ildə alman kommersantı Rudolf Hersoq, Berlin Administrasiyasının icazəsi ilə avtomobilinə İA1 nömrəsi almışdır. İA onun həyat yoldaşının adı və soyadının baş hərfləri idi - İohanna Anker. "1" rəqəmi isə İohanna Ankerin onun üçün tək və yeganə olduğunu simvolizə edirdi. Buna görə də, avtomobil sahibləri arasında ilk nömrə, Rudolf Hersoqun eşq etirafı kimi qəbul edilmişdir.


AzEns.org.az/ Jalə Orucova