HTTP protokolu 1989–1991-ci illərdə britaniyalı alim Tim Berners-Li tərəfindən yaradılmışdır. İlkin versiya sadə mətn sənədlərinin ötürülməsi üçün nəzərdə tutulmuşdu.
HTTP - HyperText Transfer Protocol deməkdir. Tim Berners-Li bunu əsasən internet üzərindən məlumat mübadiləsini mümkün etmək üçün yaratmışdır. Onun yaranmasının əsas məqsədi World Wide Web daxilində müxtəlif kompüterlər arasında vahid qaydalarla məlumat ötürülməsini təmin etmək idi.
HTTP hazırda da internet üzərində demək olar ki, bütün məlumat mübadiləsinin əsas mexanizmlərindən biri kimi istifadə olunur. O, brauzerlər, serverlər və müxtəlif proqramlar arasında əlaqəni təmin edir.
HTTPS (HyperText Transfer Protocol Secure) ilk dəfə 1994-cü ildə Netscape Communications tərəfindən təqdim olunmuşdur. Bu texnologiya Netscape Navigator brauzerində istifadə olunmağa başlamışdır. HTTPS, HTTP-nin üzərinə təhlükəsizlik qatının əlavə olunmuş formasıdır və Transport Layer Security texnologiyasına əsaslanır.
AzEns.org.az/ Jalə Orucova