Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

Hind xalı nə məna verir?

2025-07-19 18:55:41 22

Hindli qadınların alınlarında qara, qızmızı rəngli xalı qədimdən gəlmə bir milli makiyaj forması kimi bir şey olduğunu düşünürlər.

Amma bu heç də adi bir makiyaj forması deyil. Qədimdən indiyədək gəlib çatan hind inanclarına görə, alının orta qismi ruhun insan bədənindəki yeri və yaxud 3-cü gözün olduğu yer olaraq qəbul edilir. 

Hindli qadınların alınlarında gördüyümüz bu xal “bindi” adlanır. “Bindi” əsasən, iki rəngdə olur: qara və qırmızı rənglərdə. Subay qadınlar alınlarına qara, evli qadınlar isə alınlarına qırmızı rəngli “bindi” (nöqtə) qoyurlar.

Meditasiya halında həyat yaşayan hindlilər alınlarının ortasında olan “bindi”nin açılmasına ümid edirlər. Yəni, “bindi” müəyyən mənada, ruhi səfərin də simvoludur.

“Bindi” – “Bindu” sözündən yaranmış, sanskritcədən “nöqtə” mənasını verir.

Ümumiyyətlə, “bindi” olaraq, hal-hazırda, əsasən, qara və narıncı rənglərdən istifadə edilir. “Bindi” adı verilən xalın eyni zamanda mənfi düşüncələrdən qoruma xüsusiyyəti olduğuna da inanılır. Deyilənə görə, məhəndi və bindi ilə evə daxil olan gəlin xoşbəxtlik gətirir.

Subayların qara, evlilərin qırmızı (narıncı) rəngdə qoyduqları “bindi”lər, indiki vaxtda aksessuar olaraq istifadə edildiyi üçün, alının mərkəzinə qoyulan “bindi”lər müxtəlif formalı və müxtəlif rənglərdə də ola bilir.


AzEns.az/ Jalə Orucova