Dünyanın hələ də fəaliyyət göstərən ən köhnə aviakompaniyası KLM hesab olunur.
Bu şirkət 1919-cu ildə Niderlandda təsis edilmiş və qısa müddət sonra, 1920-ci ildə ilk kommersiya uçuşunu həyata keçirmişdir. Uçuş London ilə Amsterdam arasında baş tutmuşdur.
KLM-in əsas fərqləndirici xüsusiyyəti onun fəaliyyətini fasiləsiz davam etdirməsidir. Şirkətin qurucusu Albert Plesman hesab olunur.
Daha sonra aviakompaniya Brüssel, Paris, Berlin şəhərlərinə uçuşlar həyata keçirdi.
1924-cü ildə şirkət ilk uzun məsafəli uçuşunu reallaşdırdı - Niderlandın keçmiş müstəmləkəsi olan İndoneziya (o vaxt Bataviya, indiki Cakarta).
Bu uçuş Amsterdamdan başlayaraq bir neçə dayanacaqla həyata keçirilirdi və o dövr üçün inanılmaz dərəcədə uzun və çətin səfər idi.
Hazırda KLM təxminən gündə 2 000-ə yaxın uçuş həyata keçirir. İldə 30–34 milyon sərnişin daşıyır. 150-dən çox istiqamətə uçur.
AzEns.org.az/ Jalə Orucova