Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

Dünyada ilk sayt — info.cern.ch

2025-07-22 18:13:54 30

İndiki dövrdə bizi əhatə edən o qədər sayt var ki, onları saymaq belə mümkün deyil. Statistikaya görə, müasir insan həftənin ən azı 46 saatını İnternetə sərf edir. Hətta biz internetə WAP mobil servisi ilə də daxil ola bilirik.

İlk saytın yaradıcısı Tim Berners – Lidir. Sayt World Wide Web-in (WWW) yeni texnologiyalarından istifadə, tanışlıq və.s xarakterinə malikdir. Berners – Li ilk saytın açılmasına çoxdan hazır idi və nəhayət, 6 avqust 1991-cı ildə o tarixə düşərək ilk Web sayt yaradıcısı oldu. 

Berners – Li qeyri-adi istedada malik idi o, sanki dünyaya yeni nəfəs gətirdi. 1980-cı ildə Berners məlumatların saxlanılması üçün Enquire qipertekst proqram təminatını yaradır. Daha sonra o Cenevrədə Avropa Mərkəzi Nüvə Araşdırmasında (CERN) işləyirkən öz həmkarlarına hipermətn sənədlərindən istifadəni və internetdə nümayişi təklif edir. Və 1991-ci ildə CERN WWW. standartını təsdiq edir.

Tim Berners – Li Müasir Web texnologiyasının — HTTP, URI/URL və HTML texnologiyalarının “Ata”sıdır. Amma halbuki onun nəzəri bünövrəsi çoxdan qoyulmuşdur. Hələ 1940-cı ildə Vannevar Buş insan şüurunun texnologiya vasitəsi ilə genişlənməsi mövzusuna toxunur və dünyaya yeni söz olan “hipermətn” (hipertext) terminini gətirir. Bu düşüncəni isə Berners Vannevar Buşun düşüncəsi ilə reallaşdırır, onun nəzəriyyəsini yeni texnologiya ilə birləşdirir. 

Timin bu cür beyinə sahib olmasını onun riyaziyyatçı ailəsində böyüməsi ilə əlaqələndirirlər. 1976-cı ildə o, Oxford Universitetinin Fizika sahəsini Fərqlənmə ilə bitirir. Universitetdə dərs vaxtı kompüter otağına daxil olaraq, kompüter oyunu oynayardı. Və ya dərs vaxtı dostları ilə xakerlik edərdi. Elə bu səbəbdən Universitetdə ona kompüter otağına daxil olmağı qadağa qoyulur. Bu qadağa onu öz şəxsi kompüterini yaratmağa sövq edir.

Info.cern.ch saytı hazırda da fəaliyyət göstərir. Saytda quraşdırmanın əsasları, serverin və brauzerin işləməsi haqda tanışlıqlar verilib. Tim Berners – Li hazırda World Wide Web Consortium-un (World Wide Web Consortium) rəhbəridir. Bütün saytların əvvəlində olan WWW hərfləri World Wide Web, yəni Ümumdünya hörümçək toru mənasını bildirir. 

Tim Berners – Li 2004-cü ildə “İlin Adamı” adına layiq görülmüşdür.


AzEns.az/ Jalə Orucova