XI əsrin ortalarında bölgənin ən güclü dövlətlərindən biri Səlcuq İmperiyası idi. Onlar əvvəlcə köçəri türk tayfaları kimi yaşayırdılar.
Digər tərəfdə isə dövrün qüdrətli dövləti — Qəznəvilər dövləti dayanırdı. Dövlətin başında məşhur hökmdar Sultan Məsud vardı. O, Səlcuqların güclənməsini təhlükə hesab edir və onları tamamilə məhv etmək istəyirdi.
1040-cı il mayın 23-də Dəndənəkan adlı yerdə Səlcuqlarla Qəznəvilər arasında qanlı döyüş baş verdi.
Dəndənəkan indiki Türkmənistan ərazisinə yaxın, səhralıq bir bölgədə yerləşirdi. Mərv şəhəri yaxınlığında susuz və sərt iqlim olan seçilən ərazidir.
Say baxımından Qəznəvilər üstünlük təşkil etsə də, Səlcuqlar fərqli döyüş taktikasından istifadə etdilər. Qəznəvi ordusunda vuruşan 300 oğuz türkü səlcuqların tərəfinə keçdi. Beləliklə, Oğuzlar qalib gəldilər. Oğuz qəbilələrinin döyüşdən bir gün sonra çağrılmış qurultayında Toğrul bəy (1040–1063) sultan elan edildi.
Dəndənəkan döyüşü zamanı Sultan Məsud Qəznəvilər dövlətinin rəhbəri idi. O, məşhur hökümdar Sultan Mahmud Qəznəvinin oğlu idi. Məğlubiyyətdən sonra təxminən 1040-cı ilin payızında öz ordusundakı əmirlər və yaxın adamları tərəfindən taxtdan endirildi. Yerinə isə qardaşı Məhəmməd Qəznəvi gətirildi.
AzEns.org.az/ Jalə Orucova