Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

Dekabristlər üsyanının 6 sirri

2026-02-06 14:42:07 5

Dekabristlər üsyanı 1825-ci il 14 dekabrda baş verib.

Hadisə Rusiya imperiyası paytaxtı Sankt-Peterburq şəhərində, Senat meydanında baş tutmuşdu.

Bu tarixi hadisənin üzərindən Sovet mifologiyası pərdəsini açsaq, onda çox maraqlı faktlarla qarşılaşarıq.


1. Çar həqiqi deyil

Əslində, dövlət çevrilişi 26 dekabrda deyil, 27 noyabr 1825-ci ildə olmuşdur. Həmin gün imperator Aleksandr Taqanroqda vəfat etməsi xəbəri yayıldı və özündən sonra varisi qalmadığından, onun yerinə Konstantin Pavloviç (I Pavelin oğlu) çar elan edilmişdir. Əslində, Konstantinin imperator kürsüsünə əyləşməyə heç bir hüququ yox idi və həm də ki, o, hələ 1823-cü ildə Nikolayın xeyrinə taxt-tacdan imtina etmişdi.

1825-ci ilin dekabr ayının 3-də Konstantin taxt-tacdan imtina edir. O zamanlar gəzən söz-söhbətlərdən belə məlum olur ki, guya Konstantin atasının aqibətinin onu da gözləyəcəyindən qorxaraq (atası çar I Paveli boğaraq öldürmüşdülər) istefa vermişdir.

Konstantin tez bir müddətdə istefa verir və onun yerinə Nikolay çar elan edilir. Bu yerdəyişmə çox gizli və tez bir müddətdə həyata keçirildiyindən müxtəlif cür şaiyələrə səbəb olmuşdur.


2. “Sapları dartan” kimlər idi?

Yeni imperatorun andiçmə mərasimi 14 (26) dekabra təyin edilmişdi. Həmin bu vaxta dekabristlər öz mitinqlərini təyin etmişdilər və həmin vaxt bütün alayların “Senat meydanı”nda toplaşması planlaşdırılmışdı. Bununla da Nikolayın andiçmə mərasimini pozmaq nəzərdə tutulurdu. Saray adamları tərəfindən əsas süi-qəsdçi hesab edilən knyaz Trubeçkoy meydanda görsənmədi, koordinator Rileyev isə Peterburq küçələrini o baş bu başa gəzirdi. Elə bil ki, onlar “ola bilsin ki”, “bəlkə də oldu” deyə, bir sözlə, bütün olacaq hadisələri, “bəxtəbəxt”, “görəsən necə olacaq?” deyə, kənardan izləmək istəyirdilər.


3. Narıncı tenologiya

Ordunu meydana çıxarmaq üçün klassik bir texnologiyadan istifadə olunmuşdu. Müasir zamanda onu “narıncı” adlandırardılar. Belə ki, Aleksandr Bestujev ordunun imperatora sadiqlik andı içməyə hazırlaşdığı zaman Moskva alayının kazarmasına gələrək, əsgərlərə belə bir məlumat vermişdir ki, onları aldadırlar, Konstantin heç də istefa verməyib və tezliklə

Peterburqda taxta oturacaq. Belə bir yalan məlumatla o, alayın bütün əsgərlərini Senat meydanına yollayır. Beləliklə meydana neçə-neçə minlərlə adam toplaşır.


4. Təxribatçılar

Meydana həm imperatorun tərəfində olan alaylar, həm də aldadılıb üsyana qoşulan əsgərlər toplaşmışdı. Qarşı-qarşıya iki tərəf dayanmışdı.

Üsyançılar arasında Qafqaz döyüşlərinin qəhrəmanı Yakuboviç də vardı. O, Moskva alayına komandir təyin edilmişdi. Amma səhhət bəhanəsiylə meydanı tərk etdi.

Bir neçə saat sonra o, imperatorun tərəfdarlarının yanında göründü, hətta imperatorla danışdı. Sonra yenidən üsyançıların yanına qayıdıb dedi ki, “bərk durun, imperator da onun ətrafındakılar da sizdən yaman qorxur” və onları daha da qızışdırdı.


5. “Nəcib” atəş

Qısa vaxtda vəziyyət çox gərginləşdi. Üsyançılarla danışmaq üçün meydana çıxan general Miloradov Kaxovskinin atəşi ilə öldürüldü.

Kaxovskinin həyatı da qarışıq idi. O, Smolenskdə mülkədar olmuş, varını qumarda uduzmuşdu. Sonra varlı biri ilə evlənmək ümidi ilə Peterburqa gəlmiş, amma alınmamışdı. Daha sonra Rileyevlə tanış olub gizli cəmiyyətə qoşulmuşdu və bir müddət onların hesabına yaşamışdı.

Üsyan zamanı ona xüsusi tapşırıq verilmişdi. Generalı güllələməsi isə qarşıdurmanı daha da şiddətləndirdi.


6. Ağılsız və rəhmsiz

Sovet dövründə dekabristlər “bədbəxt-əzabkeş” kimi göstərilirdi. Amma bu mənasız üsyanda ölən günahsız insanlar haqqında demək olar ki, danışılmırdı.

Qarşıdurmada minlərlə əsgər və sadə insan həyatını itirdi. Ən böyük zərbə xalqa dəydi. Üsyan dayanmadığı üçün imperator ordunu top atəşi açmağa məcbur etdi. Nəticədə yüzlərlə insan, o cümlədən uşaqlar, qadınlar, yaşlılar və əsgərlər həlak oldu.


7. Hər şey gizli olaraq

Son vaxtlar bu üsyanla bağlı yeni fikirlər ortaya çıxıb. Bəzi tarixçilər deyirlər ki, üsyanın əsas səbəbkarı elə Konstantin özü olub. Hətta iddialara görə, üsyanı da o təşkil edib.

Üsyan yatırıldıqdan sonra imperator Nikolay həbs olunanları şəxsən dindirib. Onların ifadələrində Konstantinin adı çəkilib. Deyilənə görə, o Varşavanı tərk edən kimi orada qarışıqlıq başlayıb.

Sonra Konstantin Vitebskə gedib və qəfil vəbaya yoluxaraq bir neçə günə ölüb. Amma bəziləri onun qəsdən öldürüldüyünü də iddia edir.


AzEns.org.az/ Jalə Orucova