Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

Çingiz Xanın qəbri hardadır?

2025-12-11 16:04:50 10

700 il bundan öncə, demək olar ki, bütün dünyanı az qala fəth edən tarixin ən nəhəng sərkərdəsi Çingiz xanın qəbrinin harada olması hələ də bəşəriyyət üçün sirr olaraq qalmaqdadır.

Amma tarixçilər tərəfindən belə ehtimal olunur ki, Çingiz xanın qəbri Monqolustanla Rusiyanın sərhədindədir. Bu sadəcə olaraq təxminlərdir.

Çingiz xanın qəbrini tapmağa cəhd edən alimlər və mütəxəssislər çox olub. Amma bütün bu cəhdlərə baxmayaraq, sərkərdənin qəbrini tapmaq mümkün olmamışdır.

XX əsrin sonları və XXI əsrin əvvəllərində məşhur amerikalı arxeoloq Çingiz xanın qəbrini tapmaq üçün axtarışlara başladığını açıqladı. O, qədim əlyazmalar, xəritələr və yazılar əsasında qəbrin yerini müəyyənləşdirməyə çalışdı. Lakin, bütün cəhdlərə baxmayaraq, 700 ildən sonra belə, Çingiz xanın qəbrini tapmaq mümkün olmadı. Nəyə görə onun qəbrini tapmaq müşkülə çevrilmişdir?

Çingiz xanın vəsiyyətinə görə onun dəfn olunduğu yer (qəbri) gələcək nəsillər üçün həmişəlik bir sirr olaraq qalmalı imiş. Nəhəng sərkərdə vəfat etdikdən sonra onun dəfnində iştirak edənlərin – yəni, onun qəbrinin yerini bilənlərin hamısı məhv edilmişdir. Bunun üçün ayrılmış 800 nəfər döyüşçülərin özləri də sonradan öldürülmüşdür. Beləliklə, nəhəng sərkərdənin qəbrinin yerini bilən nə şahid qalmışdır, nə də ki, sübut. O vaxtdan indiyədək Çingiz xanın qəbrinin harada olması aşılmaz bir sirr olaraq qalmaqdadır.


AzEns.org.az/ Jalə Orucova