Çingiz Abdullayev — Azərbaycan detektiv yazıçısı, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı
Azens.org.az – ölkə üçün, dövlət üçün çox önəmli saytdır. Prezidentin və Nazirlər kabinetinin qərarına əsasən, artıq nəinki ədəbiyyata dair, hətta yazılı formada olan bütün materiallar elektron bazaya keçməlidir., Bu bütün dünyada belədir: Xarici dövlətlərin şair və yazıçıları öz əsərlərini artıq elektron formaya keçirirlər.
Mən inanıram ki, Azərbaycan gəncləri 10 ildən sonra daha çox inkişaf etmiş, dünyagörüşü zəngin və uğurlu olacaqlar. Mən daim gənclərlə ünsiyyətdə oluram, hər həftə onlara zaman ayırıram. Fəxrlə deyə bilərəm ki, ikinci elə bir yazıçı yoxdur ki, mənim qədər gənclərlə zaman keçirsin. Əminəm ki, gənclərin elmi inkişafına azens.org.az çox böyük yardımçıdır.