17 yaşında fərqli gözəlliyə malik olan gənc qız Böyük Vətən Müharibəsi illərində snayper-kəşfiyyatçı-rabitəçi kimi alayının siyahısına salınmışdı. Söhbət İkinci Dünya Müharibəsi illərində fəaliyyət göstərmiş azərbaycanlı snayper Ziba Qəniyevadan gedir.
Atası Paşa Qəniyeva azərbaycanlı, anası isə özbək idi. 1940-cı ildə Moskvaya gedir və Teatr Sənəti Dövlət İnstitutuna aktyorluq fakültəsinə daxil olur. Lakin müharibənin başlaması onun bütün planlarını alt-üst edir. Müharibənin ilk günlərində minlərlə tələbə kimi Ziba da cəbhəyə getmək üçün hərbi komissarlığa müraciət edir. Bir neçə gün sonra onun xahişi qəbul edilir və gənc qız atıcılıq kurslarına göndərilir. Bu kursları bitirdikdən sonra isə 1941-ci ildə Moskva uğrunda döyüşlərdə iştirak edir.
Taburda rabitəçi-kəşfiyyatçı olur. 1941-ci ilin həyəcan dolu qışında 16 dəfə düşmən arxasına keçərək, rabitə vasitəsilə vacib məlumatları ötürürdü və düşmən haqqında xəbərlər verirdi. 3-cü Moskva Kommunist atıcı taburun tərkibində Ziba Qəniyeva 1941-ci ilin noyabr ayının 7-də Qırmızı Meydanda keçirilən məşhur paradda iştirak edib. Leninqrad və Şimali-Qərb istiqamətlərindəki döyüşlərdə iştirak edib. Ziba Qəniyeva İkinci Dünya Müharibəsi dövründə 129 alman əsgərini öldürmüşdür.
1942-ci ilin yanvar ayında 3-cü Moskva Kommunist atıcı taburun bazasında 130-cu atıcı tabur yaradılır. 151-ci moto-atıcı kəşfiyyat batalyonunun snayper-kəşfiyyatçısı Ziba Qəniyeva Leninqrad vilayətinin Çernoye Ojetsı, Lunevo və Dyaqilyov kəndləri ərazisində 1942-ci ilin aprel ayının 12-dən may ayının 23-nə qədər fəaliyyət göstərib, bu müddət ərzində 20 alman məhv edib, bunlardan ikisi zabit idi. 23 May, 1942-ci ildə Ziba Qəniyeva Leninqrad vilayətinin Molvotiski rayonunun Bolşoye Vraqovo kəndi uğrunda gedən döyüşlərdə xüsusilə seçilmişdi.
Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Şimali-Qərb cəbhəsinin qoşunlarının 1942-ci il 16 iyul tarixli 0869 №li əmrinə əsasən snayper-kəşfiyyatçı Ziba Qəniyeva “Qızıl Bayraq” ordeni ilə təltif edildi. Böyük Vətən Müharibəsi illərində o, 129 işğalçı məhv edib, göstərdiyi qəhrəmanlıq və şücaətə görə Ziba Qəniyeva çoxsaylı dövlət mükafatları ilə, o cümlədən “Qırmızı Bayraq” ordeni və “Qırmızı Ulduz” ordeni ilə, “Moskvanın müdafiəsi uğrunda” medalı ilə təltif edilib.
Ziba Qəniyeva 2010-cu ildə Moskvada vəfat edib.