Azərbaycan uzun illərdir neft hasilatı ilə tanınan ölkələrdən biridir və bu təbii sərvət həm iqtisadi, həm də tarixi baxımdan böyük əhəmiyyət daşıyır. Neftin fiziki xüsusiyyətləri, o cümlədən rəngi onun tərkibi və çıxarıldığı yataqla sıx bağlıdır.
Ümumilikdə, Azərbaycanda çıxarılan neft əsasən tünd rənglərə malik olur. Ən geniş yayılmış rəng qara və ya tünd qəhvəyi çalarlardır. Bu rəng neftin tərkibində ağır karbohidrogenlərin, qatran və asfalt maddələrinin çox olması ilə əlaqədardır.
Azərbaycanın əsas neft bölgələrindən biri olan Abşeron yarımadası və Xəzər dənizi yataqlarında çıxarılan neft adətən tünd və qalın quruluşa malik olur.
Azərbaycanda çıxarılan neftin rəngi sabit deyil və müxtəlif amillərdən asılı olaraq dəyişir. Lakin ümumilikdə, qara və ya tünd qəhvəyi rəngdə olduğunu demək olar. Bu xüsusiyyətlər həm neftin tərkibini, həm də onun sənayedə istifadə imkanlarını müəyyən edən vacib göstəricilərdən biridir.
Məsələn, Azərbaycanda əsasən “Azeri Light” adlı neft hasil olunur. Az kükürdlüdür, yəni keyfiyyətlidir. Adətən açıq qəhvəyi və ya sarımtıl rəngdədir.
AzEns.org.az/ Jalə Orucova