Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

Azərbaycana məxsus mətbəx - Dolma

2025-07-17 18:16:48 23

Azərbaycan mətbəxinin əvəzolunmaz yeməklərindən biri də dolmadır.

Ta qədimdən indiyədək dolma hər bir azərbaycanlının bayram süfrəsinin bəzəyi olub.

Bu yeməyin “dolma” adlandırılması bütün türkdillilər üçün ümumi bir ad hesab olunur (azərb.-dolma, krım tatar.-dolma, türk.-dolma/sarma, özbək.-do`lma, dylma). Bir çox mənbələrə əsasən, “dolma” adı - “dolmaq”, ”doldurmaq” türk felindən yaranmışdır.

Oksford Universitetinin “The Oxford Companion to Food” kulinariya kitabındakı məlumata görə, dolmanın tarixi Osmanlı imperiyasından da əvvəllərə təsadüf edir. Əsasən üzüm yarpağından hazırlanan bu xörək Cənubi Qafqaz, Balkanlar, Kiçik və Orta Asiya, Şimali Afrikada da yayılıb. Amma kitabın müəllifi qeyd edir ki, adından məlum olduğu kimi bu yeməkdən türklər mütəzəm olaraq istifadə etmişlər.

Dolma, sarma texnologiyasına XI əsrdə Mahmud Qaşqarinin "Divani-Lüğət it türk"də rast gəlinir. Quzu bağırsağına ət qiyməsi və düyü doldurularaq şişdə qızardılan və soğanla yeyilən bu yemək idi. Mahmud Qaşqariyə ət əvəzinə qaraciyər və ya qarından bişirilən növləri də göstərilir. Bunlardan birinin adı dolama, sarma anlamına gələn yöcrəmbəcdir. 

Azərbaycanda dolma hazırlamaq üçün müxtəlif növ üzümün (ağ şanı, qara şanı) cavan yarpaqlarından, kələmdən, bəzi regionlarda (Quba, Qusar) əncir, heyva və bəzi digər ağacların yarpaqlarından istifadə olunur. 

Dolma UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib. Bu, dolmanın Azərbaycan mətbəxinə məxsus olduğu və onun hazırlanma ənənəsinin qorunub saxlanması məqsədi daşıyır. 2017-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına Azərbaycan ənənəsi kimi daxil edilib.