Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

Azərbaycan boksunun banisi Abbas Ağalarov

2026-01-01 23:55:11 16

Abbas Ağalarov Azərbaycan boksunun banilərindən hesab olunur.

Abbas Ağalarov (1911-1967) - SSRİ əməkdar idman ustası, SSRİ əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim.

1936-cı ildə Abbas Ağalarov ilk dəfə boks üzrə azərbaycanlı idman ustası dərəcəsini almışdır. 1937-ci ildə SSRİ Çempionatlığında final pilləyə yüksəlmişdir, "Dİnamo" Bakı cəmiyyətinin üzvü idi. Etdiyi mükəmməl çıxışdan sonra «Buravestnik» (Буревестник) və «Dinamo»-nun baş məşqçisi təyin olunur.

Abbas Ağalarov Rus ordusunun qeneral-leytenantı Həsən bəy Ağalarovun nəslindən idi. O, həm də Azərbaycan Bədən Tərbiyəsi İnstitutunda boks kafedrasına rəhbərlik edirdi.

Məşhur idmançı, məşqçi və pedaqoq Abbas Ağalarov 1967-ci ildə 56 yaşında dünyasını dəyişib.


AzEns.org.az