Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

Avstriya və Avstraliya: Nə üçün bu ölkələrin adları oxşardır?

2026-02-07 15:30:47 44

Avstriyanın Zalsburq hava limanında gələn sərnişinlərə Avstraliyada deyil, Avstriyada olduqlarını xatırladan məlumat lövhəsi var. Görünür, bura səhvən gələnlər olub. "Azens.org.az" saytı bu ölkələrin adlarının niyə bu qədər bənzər olduğunu izah edir.

Avstraliya hələ böyük Coğrafi kəşflər dövründən əvvəl Köhnə Dünya (Avropa) sakinləri ekvatorun digər tərəfində naməlum bir cənub torpağının olduğunu təxmin edirdilər. Bu yer latın dilində "Terra Australis Incognita" (Naməlum Cənub Torpağı) adlanırdı.

Ekvatordan cənubda yerləşən bütün torpaqlara bu ad verilirdi. Daha sonra Cənubi Uelsin qubernatoru Laklan Makkuori yalnız yeni materikin rəsmi olaraq, Avstraliya adlandırılmasını tövsiyə etdi.

Avstriya - alman dilində ölkənin adı "Österreich" kimi səslənir ki, bu da tərcümədə "şərq dövləti" və ya "şərq ölkəsi" deməkdir ("Osten" – şərq və "Reich" – dövlət, imperiya). Bu ad coğrafi mövqeyinə görə Almaniyanın bir hissəsi olan Bavariya hersoqluğundan gəlib.

Bəs Avstriya və Avstraliya arasındakı ortaq cəhət nədir? Hər iki ölkənin adını qütblərdən (şərq və cənub) alması birmənalıdır. 

Bu adlar fərqli dillərdədir, səslənişlərinin oxşar olması isə sadəcə təsadüfdür.


AzEns.org.az/ Jalə Orucova