Nudge (itələmə) — insanların qərarlarını məcburiyyət yaratmadan, seçimi məhdudlaşdırmadan, sadəcə mühitin düzgün dizaynı vasitəsilə daha optimal davranışa yönləndirmə üsuludur. Bu termin iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Richard Taler və hüquqşünas Cass Sunstein tərəfindən formalaşdırılıb.
Bu yanaşma “davranış iqtisadiyyatı”na əsaslanır və insanın tam rasional varlıq olmadığını qəbul edir: biz emosiyalar, sosial norma və vərdişlərin təsiri ilə tez-tez qeyri-optimal qərarlar veririk.
Nudge isə ətraf mühiti elə dizayn edir ki, insan özünün daha yaxşı seçimini “təbii yolla” edir.
Nudge insanların seçim azadlığını tam saxlayaraq onların davranışını müəyyən istiqamətə yönləndirən bir “yumşaq təsir” üsuludur. Bəzən bunu manipulyasiya adlandırırlar, çnki insanın xəbəri olmadan təsir edir.
Məsələn, Amsterdam Schiphol hava limanında kişi tualetlərinin pisuarlarına kiçik, reala bənzəyən milçək təsviri çəkilib. Bu təsvir çirkliliyi (sıçramaları) 80%-ə qədər azaltdı.
Danimarka məktəblərində tərəvəz qabları uşaqların göz səviyyəsinə yerləşdirilirdi, çips və şirniyyatlar isə bir az aşağı və ya yuxarı rəflərə qoyulurdu. Bu isə uşaqların tərəvəz yeməsini 29% artırdı.
AzEns.org.az/ Jalə Orucova