Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

"Santa Klaus" həqiqətdir?

Sualı göndərən şəxs Elşad O.     [email protected]
2025-12-27 14:13:18 24

 ― Bu sualı uşaqlıqda demək olar ki, hamı özünə verib.

Xristian dünyasında Santa Klaus, bizdə isə Şaxta Baba kimi tanınan Nikolas Aralıq dənizi sahillərində (Patara şəhərində) yaşamış xristian din xadimi olub. Gənc yaşlarından xeyirxahlığı və möcüzələri ilə tanınırdı. Məşhur bir buğda tacirinin oğlu olan Nikolas atasından qalan böyük mirası yoxsullara yardım üçün sərf etməyə qərar verir.

O dövrdə Patara ağır günlər yaşayırdı; hətta qızlarına cehiz verə bilməyən ailələr vardı. Nikolas gecələr kimliyini gizlədərək açıq pəncərələrdən problemi həll edəcək qədərində bir kisə qızıl atırdı, ailələrə gizlin kömək edirdi. Ömrü boyu buna bənzər yüzlərlə yaxşılıq etmişdir.

Bu hadisənin ortaya çıxmasından sonra o bölgədə bir çox gizlicə edilən köməklərin əslində Nikolas tərəfindən edildiyi anlaşılırdı. Nikolasın ölümündən sonra bölgə xalqı bir-birlərinə gizlicə hədiyyə verməyə başlayırlar və bu adət halını alır. İnsanlar “Müqəddəs Nikolas”ın varlığına inanıb, hər çətinliklərində onların köməyinə çatacağını düşünürdülər.

Nikolas bir müddət sonra Pataranın qonşu şəhəri Muraya köç edir. Muranın Baş yepiskopu ölmüş və yerinə kimin təyin olunması sual altında idi. Beləliklə, səhər kilsəyə ilk gələn adamın baş yepiskop olması qərarlaşdırılır. Nikolas kilsəyə təsadüfən ilk gələn adam olaraq baş yepiskop təyin olunur. Burada da möcüzələrinə davam edərək üç generalı ölümdən qurtarır. İnsanları duaları ilə çətinlikdən xilas edirdi.

Nikolasın yaşadığı illər dəqiq məlum deyil. Amma bir çox mənbələrin verdiyi məlumata görə, o, 343-cü il dekabrın 5-ində vəfat etmişdir. Öldükdən sonra insanlar onun etdikləri köməklər müqabilində kilsədə ona rəhmət diləyirdilər. Nikolasa doğma olan Patara şəhərində Santa Klaus adlı balaca bir kilsə var. Səlib yürüşləri əsnasında 20 Aprel 1087-ci ildə əcnəbi tacirlər onun sümüklərini oğurlamış və gizli yerdə basdırmışlar. Geridə qalmış bir qisim sümük isə bu gün Antaliya Muzeyində saxlanmaqdadır. Zaman keçdikcə Nikolas obrazı müasirləşdirilərək indiki Santa Klaus formasına gətirilmişdir.


AzEns.org.az/ Jalə Orucova