Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

"Reyhan" mahnısı kimə həsr olunub?

2025-11-16 21:29:48 37

Əsərin librettosunu hazırlamaq şair Tələt Eyyubova tapşırıldı. 1953-cü ildə “Sevil” operasının təqdimatı həm şair və bəstəkarın birgə işi, həm də Rəşid Behbudovun opera səhnəsində debütü idi. Bu üç sənətkar 1959-cu ildə əsər yaratmaq üçün yenidən birləşdilər, mahnı Azərbaycanın ən məşhur mahnısına çevrilir. Bu mahnı bir çox ifaçıların repertuarlarının bəzəyi oldu, söhbət hamının eşitdiyi “Reyhan” mahnısından gedir.

Təəssüf ki, “Reyhan” mahnısının Fikrət Əmirov tərəfindən Tələt Eyyubovun melodiyasına yazılıb-yazılmadığı və ya hazır şeir əsasında bəstələndiyi dəqiq bilinmir. Məlum olan budur ki, mahnını ilk dəfə 1950-ci illərin sonunda Rəşid Behbudov ifa etmiş və 1960-cı ildə ilk səsyazması çıxmışdır. “Dağlar qızı Reyhan” bu gün də Azərbaycanın ən sevilən mahnılarından sayılır.

Əfsanəyə görə, 1918-ci ilin mart soyqırımı zamanı toy günü ərini erməni daşnaqları öldürür. Reyhan isə təcavüzə məruz qalmamaq üçün ayaqyoluna girib üstünə nəcis sürtərək canını qurtarır. Sonra o, dəstə yaradaraq daşnaqlara qarşı mübarizə aparır və Qubanın Gəlinqaya bölgəsində onları məğlub edir. 1928-ci ildə “antisovet” adıyla güllələnməyə məhkum edilsə də, Mir Cəfər Bağırovun göstərişi ilə adı dəyişdirilib Krımda monastra göndərilir. 

Rəvayətə görə, Reyhan Xaçmazın Padar kəndindən olub.

1965-ci ildə Flora Kərimova “Reyhan” mahnısını repertuarına daxil edərək onu səsləndirən ilk qadın ifaçı olur. 1966-cı ildə Zeynəb Xanlarova mahnıya yeni nəfəs gətirir və onun ifasında mahnının sazla ahəngi daha qabarıq eşidilir. 1968-ci ildə isə Türkiyədə “Reyhan – dağlar kızı” filmi çəkilir və Filiz Akın Reyhan obrazını canlandırır. Filmdə Fikrət Əmirovun “Reyhan” mahnısından istifadə olunur.


AzEns.org.az/ Jalə Orucova