Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

"Qırmızı papaq" nağılı realdır?

2026-06-15 13:19:53 6

Əsl adı Also olan balaca qız əslində Qırmızı Papaqlı yox, Qırmızı Şaperonlu olub (Şaperon — ortaəsrlərdə kopeşonlu üstlük idi). 

Qırmızı Papaq (ingiliscə Little Red Riding Hood) real hadisə kimi qəbul edilmir. Bu, əsrlər boyu danışılan və sonradan yazıya alınan məşhur xalq nağılıdır. 

Qırmızı Papaq XVII əsrdə Şarl Perro tərəfindən yazılıb. Əslində sonu ölümlə bitən nağılın məzmununu Şarl dəyişdirir. Uşaq psixologiyasını yaxşı bilən Şarl nağılı mutlu sonluqla bitirir. Kitab 1697-ci ildə Parisdə nəşr olunur.

Şarl Perrodan 1 əsr sonra Qrimm Qardaşlarının müəllifliyi ilə yeni süjetdə Qırmızı Papaq yaradılır. 

Nağıla cəsur ovçu əlavə olunur, hansı ki, Qırmızı papağı və nənəsini canavarın qarnından xilas edir. Nağılın indiyədək yüzlərlə müxtəlif versiyası yazılıb. SSRİ dövlətləri arasında isə “Qırmızı Papaq” nağılının müəllifi İ.Turgenev hesab olunur. 1937-ci ildə Brumberg tərəfindən SSRİ-də ilk “Qırmızı Papaq” cizgi filmi çəkilir.


AzEns.org.az/ Jalə Orucova

Şarl Perro Nağıllar Qrimm qardaşları Qırmızı papaq