Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

«DEJAVÜ» nədir?

2025-10-19 17:14:52 12

Dejavü fransız terminidir, “deja” (artıq) və “voir” (görmək) sözlərindən əmələ gəlib, “əvvəlcədən görülmüş” mənasını verir. Dejavü insanın qəflətən, gözlənilmədən o anı daha əvvəl yaşamış hiss etməsidir. Araşdırmaya görə, dünyada insanların 90%-i həyatı boyu ən azı beş dəfə dejavü yaşayır. Bİr çox alimlər dejavünün mistik güc, yəni reinkarnasiya nəticəsində ortaya çıxdığını iddia edirlər.

Dejavünün tədqiqi 1950-ci illərin əvvəllərində başladı və tədqiqatçılar elektrik stimullaşdırılması vasitəsilə beynin hansı sahələrinin buna cavabdeh olduğunu öyrənməyə çalışdılar. 1970-ci illərdə beynin medial temporal hissəsində elektrodlardan istifadə etməklə dejavünü süni şəkildə induksiya etmək üsulu kəşf edildi.

20-35 yaşlarında olan gənclər daha çox dejavu yaşayırlar. Bəzi kvant fəlsəfəsi tərəfdarları iddia edirlər ki, biz çoxsaylı paralel reallıqlarda eyni anda yaşayırıq. Dejavü bəzən bu “paralel versiyalar” arasında qısa “enerji keçidi” ola bilər. Sanki sən özünün başqa bir variantının yaşadığı hadisəni bir anlıq “hiss edirsən”.


AzEns.org.az