"Əlhəmdulillah" kəlməsi İslam mədəniyyətində və müsəlmanların gündəlik həyatında xüsusi yerə sahib olan, dərin mənası olan bir ifadədir. Bu sözün hərfi mənası "Həmd Allaha məxsusdur" və ya daha sadə dillə desək, "Allaha şükürlər olsun" deməkdir.
Dünyada müsəlmanların sayı 2 milyardı ötüb. Müsəlman dünyasında “Amin”, “İnşallah” sözlərindən sonra ən çox istifadə edilən sözlərdəndir.
Əlhəmdulillah fəzilətli bir kəlmə olub, təsbeh çəkərkən də zikr edilən qiymətli bir sözdür. Bu sözün fəzilətini aşağıdakı kimi sadalamaq olar:
Hədisi-şəriflərdə deyilir:
- İnsanların ən gözəli çox həmd edənlərdir.
Əlhəmdulillah kəlməsi İslamın yayıldığı ərazilərdə sıx və gündəlik istifadə olunur. Yalnız müsəlmanlar deyil, ərəbcə danışanlar və ya müsəlman əhali ilə birlikdə yaşayan qeyri-müsəlmanlar arasında da istifadə edilməkdədir.
AzEns.org.az/ Jalə Orucova