Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

Bilyard şarları nədən hazırlanır?

2025-07-25 16:10:22 30

XIX əsrdə Avropada və ABŞ-da bilyard oyunu çox populyar idi. Bu oyunun kütləviliyinə əngəl olan yeganə amil onun şarları idi. Çünki bilyard şarları əvvəllər fil sümüyündən hazırlandığı üçün çox baha idi. 

1860-cı illərdə bilyard şarlarının düzəldilməsi üçün fil sümüyünə alternativ bir material icad edənə 10 min dollar dəyərində mükafat da ayrılmışdı. Bu məbləğ, o dövrlər üçün böyük məbləğ idi.

Fil sümüyünə alternativ olan bir material dedikdə, bu material bilyard şarlarının bütün əlamət və keyfiyyətlərini özündə əks etdirməli idi. Belə ki, həmin material bərk və ağır, nəmə və zərbələrə qarşı davamlı, sığallı və bir az da elastik olmalı idi. 

1863-cü ildə fil sümüyünün baha olması və çatışmazlığına görə, Maykl Felan tərəfindən 10 000 dollarlıq mükafat təsis edildi. Maykl Felan İrlandiya doğumlu bilyard ustası, istehsalçı və bilyard salonları sahibiydi. Bu mükafatı amerikalı ixtiraçı Con Uels Hyatt (John Wesley Hyatt) qazanmışdı.  

O, 1869-cu ildə ilk dəfə olaraq çox ucuz bilyard şarları hazırlamışdır. İxtiraçı C. Hyatt bu şarları özünün ixtira etdiyi “selluloid”dən hazırlamışdır. Bu materialdan hazırlanan bilyard şarları fil sümüyündən hazırlanan bilyard şarlarının bütün keyfiyyət və əlamətlərini özündə əks etdirirdi. 

Bilyard oyunu yaranandan indiyədək bilyard şarlarını müxtəlif materiallardan hazırlayıblar. Amma ilk öncə bu şarlar fil sümüyündən hazırlanırdı. Daha doğrusu, dişi filin dişindən düzəldilən bilyard şarları ən ideal və bahalı hesab olunurdu (hazırda da bu cür şarlar bahalıdır).

Bilyard şarlarının fil sümüyündən hazırlanması dişi fillərin kütləvi qırğınına səbəb olurdu. Dişi filin bir dişindən 4-5 şar düzəlməsini nəzərə alsaq, bir komplekt bilyard şarlarının düzəldilməsi 2 ana filin məhv edilməsi demək idi. Bundan başqa o dövrlər kiylər də (bilyard çubuqları) fil sümüyündən hazırlanırdı. Bilyard şarlarına və kiylərə görə dişi fillərin məhv edilməsi fillərin kökünün kəsilməsinə gətirib çıxara bilərdi. C. Hyattın ixtirası ilə kiylər də bərk, möhkəm oduncaqlı ağaclardan hazırlanmağa başlandı. 

Qeyd edək ki, əvvəllər tək fil sümüyündən deyil, begemot, morj, vəhşi donuz və balinaların dişlərindən və sümüklərindən də bilyard şarları və kiylər hazırlanırdı. 

Bİlyard oyunda çəhrayı, qara, qırmızı, qəhvəyi, yaşıl,sarı şarlar olur. Qara şar 7 bal, qəhvəyi, sarı və yaşıl şarlar 3 bal, çəhrayı şarlar 5 bal, qırmızı şarlar 1 bal qazandırır. Bu şarlar (qəhvəyi, çəhrayı, sarı, yaşıl və qara) sadəcə oyunda xal qazanmaq üçündür. Onları səbətə atanda top yenidən stola qoyulur və oyunçunun xalı artır.

Rəngli şarların hərəsindən bir dənə, qırmızı şarlar isə 5 dənə olur. Ən sonda (şarlar bitəndə) balı çox olan qalib hesab olunur.