Dünyanın ən çox yayılmış soyadları əsasən Çin, Hindistan, Avropa və Şimali Amerikadan gəlir. Bir çoxu qədim köklərə malikdir və müxtəlif regionların mədəni, tarixi və sosial xüsusiyyətlərini əks etdirir.
1. Wang (王) — Təxmini 107 milyon daşıyıcı
"Wang" soyadı dünyada ən çox yayılmış soyaddır, xüsusilə Çində 92 milyon nəfərdən çox bu soyadı daşıyır. Bu soyadın mənası "Kral" və ya "hakim" deməkdir.
2. Li (李) — Təxmini 105 milyon daşıyıcı
Ötən illərdə bu soyad məşhurluğuna görə ilk sırada idi. Amma hazırda 105 milyona yaxın insan bu soyadı daşıyır. Bu soyad daha çox çinlilərə, vyetnamlılara, yaponlara məxsus olsa da, demək olar ki, bütün ölkələrdə Li soyadlı insana rast gəlmək mümkündür.
3. Qarsia (García) — Təxmini 1 milyon yarım daşıyıcı
García Avropada ən çox yayılmış soyaddır. Forebears-a görə, bu soyada Avropada 1 652 492 insanda rast gəlinir. García soyadı ispandilli ölkələrdə, xüsusən də İspaniya və Latın Amerikasında ən çox yayılmış soyadlardan biridir.
4. Məhəmməd (محمد) – Təxmini 6 milyona yaxın daşıyıcı
Ərəblər arasında ən çox yayılmış soyad Məhəmməddir (محمد). Bu ad və soyad İslam mədəniyyətinin ən hörmətli simalarından biri olan Məhəmməd peyğəmbərlə bağlıdır, buna görə də bütün dünyada müsəlmanlar arasında geniş yayılmışdır. Məhəmməd təkcə ad deyil, həm də Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Livan və başqa bir çox ərəb ölkələrində rast gəlinən soyaddır.
5. Smith - Təqribən 2 milyondan çox daşıyıcı
2024-cü il statistikasına əsasən, ABŞ-da ən çox yayılmış soyad təxminən 2 442 977 daşıyıcı ilə Smith-dir. Dəmirçi peşəsindən yaranan bu ingilis soyadı ABŞ, Kanada və Birləşmiş Krallıqda məşhurdur. Bu soyad anqlo-sakson mənşəlidir.
6. Delvi – Təxmini 70 milyondan çox daşıyıcı
Hindistanda ən çox yayılmış soyad təxminən 70 milyondan çox daşıyıcı ilə Devidir. Bu soyad dini və ya mədəni ənənələrlə əlaqələndirilir. Bir neçə illər öncə Singh soyadı Hindistanda ən çox yayılmış soyad idi.
7. Məmmədov – Təxmini 300 minə yaxın daşıyıcı
Forebears-a görə, Azərbaycanda bu soyadı daşıyanların sayı təxminən 300 minə yaxındır. Azərbaycanla yanaşı, Məmmədov soyadı Gürcüstanda ən çox yayılmış soyadların ilk onluğunda beşinci yeri tutub.
8. Müller – Təxmini 1 milyona yaxın daşıyıcı
2025-ci ilə qədər Almaniyada ən çox yayılmış soyad Müllerdir, alman dilində "dəyirmançı" deməkdir. Bu soyad dəyirmançı peşəsindən irəli gəlir və alman dilli ölkələrdə çox yayılmışdır. Almaniyada bu soyadı təxminən 945 mindən çox insan və ya təxminən hər 85 nəfərdən 1-i daşıyır.
9. Кoen ( כהן) – Təxmini 250 mindən çox daşıyıcı
İsraildə ən çox yayılmış soyad Musanın qardaşı Harunun nəslindən olan Koendir. İsrail Mərkəzi Statistika Bürosunun məlumatına görə, təxminən 252 516 israilli Koen soyadını daşıyır ki, bu da ölkənin ümumi əhalisinin təxminən 2,52%-ni təşkil edir.
10. Yılmaz - Təxmini 1 milyon yarım daşıyıcı
Türkiyədə ən çox yayılmış soyad Yılmazdır. Statistikaya əsasən, Yılmaz soyadını 1 milyondan çox insan daşıyır. Yılmaz "cəsarətli", "cəsur" və "qorxmaz" deməkdir.