Mədəniyyət və İncəsənət Elm və Texnologiya Hər şeydən Bizdən soruşduqlarınız

"Şuşa" sözünün mənası

2025-09-28 01:31:36 22

Şuşa Azərbaycanın qədim tarixə malik olan şəhərlərindən biridir. Şəhər bir müddət Pənah Əli xanın şərəfinə “Pənahabad”, sonradan isə “Şuşa qalası” və “Şuşa” adlandırılmışdır.

XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan Şuşa Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilib. 1748-ci ildə Pənahəli bəy Qarabağa gedərək Qarabağ xanlığının əsasını qoyur və özünü Qarabağ xanı elan edir. Bu zaman xanlığın əhalisini Cavanşir, İyirmi dörd, Otuz iki, Kəbirli, Baharlı, Ziyadoğlular tayfaları təşkil edirdi. 

"Şu­şa" sö­zü­nün ta­ri­xi kö­kü onun təh­rif olun­muş "şu­şi" sö­zün­dən əmə­lə gəl­mə­si haq­qın­da mü­la­hi­zə yü­rüt­mə­yi­mi­zə əsas ve­rir. "Şu­şi" sö­zü­nün eti­mo­lo­gi­ya­sı gös­tə­rir ki, hə­min ma­hal və şə­hə­rə ve­ri­lən bu ad, Qa­ra­bağ­da ol­du­ğu ki­mi, onun tə­bii və­ziy­yə­ti ilə bağ­lı olub. 

Şuşa toponimi haqqında bir çox mülahizələr mövcuddur. Belə ki, Şuşa toponiminin mənşəyi haqqında ən geniş yayılmış mülahizə şiş sözündən törəmiş olmasıdır. Şiş sözü dik, iti uclu zirvə deməkdir. Daha sonra bu söz Şuşa formasını almışdır. Bu mülahizənin tərəfdarları Şuşa şəhərinin bu cür adlandırılmasının onun coğrafi xüsusiyyətləri ilə əlaqələndirir. 

Pənahəli xan Qarabağ xanlığını hücumlardan qorumaq məqsədi ilə 1748-ci ildə Kəbirli mahalında Bayat qalasını tikdirir, lakin hücumlardan qorumaq üçün daha etibarlı qala tikdirmək qərarına gələrək Tərnəgül olaraq da adlandırılan Şahbulaq qalasını tikdirir. Xanlığın mərkəzini daha etibarlı yerə köçürmək qərarına gələrək, yeni yer axtarışına başlayır və 1752-ci ildə Şuşa qalasını tikdirir.

Şuşa adının mənşəyi haqqında müxtəlif fikirlər və mülahizələr vardır. Eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Tasit Korneli Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latın dilində "ş" səsi yoxdur) şəhərinin olması haqqında məlumat vermişdir. Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu "Şuşa" (Şüşə) adlandırmışlar. 


AzEns.az / Jalə Orucova