Eldar Qasımov - Avroviziya Mahnı Müsabiqəsinin 2011-ci ildə qalibi, Azərbaycanda "ilin adamı" (2011)
Jalə, səni "Nə? Harada? Nə zaman?" oyunundan xatırlayıram və ölkəmizdə belə bir platformanın olmasını önəmli və vacib hesab edirəm. İnsanları birləşdirən, tarix və mədəniyyəti təbliğ edən belə bir təşəbbüsün varlığı çox vacibdir. Ümid edirəm ki, bu platforma yalnız Azərbaycanla məhdudlaşmayacaq, tezliklə beynəlxalq miqyasda da böyük bir yer tutacaq və dünyada bir çox insanın diqqətini cəlb edəcək.
Yaratdığın azens.org.az layihəsinin böyük uğurlar qazanacağına əminəm. Sənin bu yolda atdığın addımların yalnız uğur gətirəcəyinə inanıram. Mənə görə mükəmməl platformadır.